ADU-da tələbələrə saqqal saxlamaq qadağan olunub- İDDİA/Açıqlama
Azərbaycan Dillər Universitetində (ADU) tələbələrə saqqal saxlamağın qadağan olunduğu iddia edilir. Bu barədə sosial şəbəkələrdə universitetin tələbələri məlumat yayıb.
Bildirilib ki, buna səbəb kimi son zamanlar İranla Azərbaycan arasında baş verən hadisələrdir.
Məsələ ilə bağlı universitetin mətbuat katibi Cavid Zeynallı anews.az-a açıqlamasında bildirir ki, sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir . Tələbələrə bununla bağlı heç bir qadağalar qoyulmayıb.
www.anews.az
























