• $
  • €
  • ₽
  • ₺
  • £

Bayrama hazırsız? - SORĞU

Bayrama hazırsız? - SORĞU
19.03.2014 16:09

Novruz bayramı gəldi və sabah Azərbaycanda bayram axşamıdır. Maddi imkandan asılı olmayaraq, bahar bayramı hər ailədə qeyd olunur. Süfrəsində səmənisi, şəkərbura, paxlavası ilə. Bəs görəsən, bayrama hazırlıq necə gedir? ANN.Az-ın sorğusuna politoloq Natiq Miri, gənc yazar Habil Yaşar, Beynəlxalq analitik Rövşən İbrahimov, şair Məhərrəm Şəmkirli, ictimai fəal Gülnarə Rüstəmli, yazar Afaq Şıxlı cavab veriblər.

Natiq Miri müəyyən problemlərə baxmayaraq, ailəsində bayram əhval-ruhiyyəsinin olduğunu deyib: “Regionda gedən xoşagəlməz proseslərə rəğmən baharın müjdəçisi olan bu bayramlar xalqın içindən, genetik yaddaşından gəlir. Bəzən sosial, yaxud ictimai problemlər başımızı qatsa da, bayram əhval-ruhiyyəsindən uzaqlaşsaq da, havaların istiləşməsi, ətrafdakı insanların ovqatı bayram xəbərini bizə diqtə edir. Bütün Azərbaycan ailələrində olduğu kimi bizim ailədə də bayram əhval-ruhiyyəsi var. Xalqımızı baharın gəlişiylə bağlı təbrik edirəm!”.Gənc yazar Habil Yaşar maddi cəhətdən hazır olduğunu deyib: “Maddi cəhətdən şükür Allaha ki, hazırıq bayrama. Amma millət olaraq ən böyük istəyimiz bu bayramın Qarabağ torpaqlarında keçirilməsidir”.Beynəlxalq analitik Rövşən İbrahimov hələ hazırlıqlara başlamadığını deyib: “Hələ hazır deyiləm. Hazırlaşmam üçün də heç bir problem yoxdur”.Şair Məhərrəm Şəmkirli hazırlıq səviyyəsinin normal olduğunu bildirib: “Azdan-çoxdan tədarük görmüşük. Normal azərbaycanlı ailəsi kimi bayrama hazırıq”İctimai fəal Gülnarə Rüstəmli hazır olmadığını deyib: “Son bir neçə ildir ki, bayram əhval-ruhiyyəmiz yoxdur.  Çünki ildən-ilə vəziyyətimiz pisləşir. Bilmirsən işıq, qaz pulu verəsən, valideynlərinə dərman alasan, yoxsa bayrama hazırlaşasan”.Avrasiya Yazarlar Birliyinin üzvü, yazar Afaq Şıxlı isə sualımıza şeirlə cavab verəcəyini dedi:Tam bir ildir həsrətini çəkmişəm, Niyyət edib göy səməni əkmişəm. Novruz deyə qəlbim necə titrəmiş... Min həvəslə şəkərbura bükmüşəm.Görən indi vətənimdə nələr var? Hər həyətdə yanır sönməz ocaqlar. Qız-gəlinlər şirni düzür süfrəyə, Papaq atır, qapı pusur uşaqlar.Aylı gecə eyvanımda olaydım, Bir dəfə də sevincimdən dolaydım. Sərin-sərin yel əsəydi Xəzərdən, Mən də şirin xəyallara dalaydım......Tamam, yetər, daha başqa nə deyim?! Hazırdı öncədən çayım, çörəyim. Başqa günlər bir az toxdaq oluram, Bayram günü kövrəlibdir ürəyim!Seymur ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol