• $
  • €
  • ₽
  • ₺
  • £

Aydın Bəşirov: "Qudurmuşdu..."

Aydın Bəşirov: "Qudurmuşdu..."
19.03.2014 14:37
Prezidentin sərəncamı ilə ləğv olunan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin (ADXDG) sabiq rəisi Aydın Bəşirov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədr müavini Mübariz Mədətovun oğlunun törətdiyi ağır yol qəzasına və buna görə atasının vəzifəsindən azad edilməsinə münasibət bildirib. A.Bəşirov Publika.Az-a açıqlamasında Mübariz Mədətovu vaxtilə işə götürdüyünü söyləyib: “Vaxtilə Mübarizi işə mən götürmüşdüm. Ancaq insan gərək qudurmasın, yolunu azmasın, ayaq altını qazmasın. Başqasına “yama” qazmaq olmaz. Allah hər şeyi görür. Maşınla gedib gözəl, qabiliyyətli bir sənətkarı vurub. Qəza zamanı 2 nəfər adam ölüb, təbii ki, bu cəzasız qalmamalı idi. Başqasının ölümünə bais olmağı Allah da bağışlamaz. Bahalı maşın almısan, o zaman sağlıqla işlət, qayda-qanunla idarə et. Yoxsa belə şey olar, get camaatı maşınla vur öldür? Bunu Allah da bağışlamaz. Digər tərəfdən isə cənab prezident harınlamış insanları heç zaman cəzasız qoymur. Cənab prezident xalqın prezidentidir, o hər zaman haqqın, ədalətin tərəfində olub. Cənab prezident nə etdiyini hamımızdan yaxşı bilir. Yadınıza gəlirsə, bir dəfə də cənab prezident avtomobillərdə vurulan “plyonka” məsələsini gündəmə gətirən zaman dedi ki, əgər hansı məmurun övladı harınlayarsa, o zaman onun atasını da işdən çıxaracam. Sağ olsun cənab prezident ki, hər zaman xalqın yanındadır. ”.A.Bəşirov mətbuatda onun guya Mübariz Mədətovla qohum olması və biznes ortağı olması məsələsinə də münasibət bildirib: “Vallah, mənim oğlum heç onun övladlarını tanımır. Mənim oğlum uzun illərdir xaricdə yaşayır, özü də hüquqşünas adamdır. Hətta, oğlum belə yazıları görəndə təəccüblənir və deyir ki, bunlar nə tip adamlardır”.A.Bəşirov hazırda nəvələri ilə bir yerdə istirahət etdiyini də söyləyib: “Sağ olsun cənab prezident, sağ olsun dövlətimiz. Şükürlər olsun ki, Azərbaycanda sabitlik, əmin-amanlıqdır, digər ölkələrdəki kimi vəziyyət pis deyil. Hər birimiz bu günlərin qədrini bilməliyik. Allah ulu öndər Heydər Əliyevə rəhmət etsin ki, bu cür güclü dövlət qurub. Allah cənab prezidenti də qorusun!”.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol