• $
  • €
  • ₽
  • ₺
  • £

“Bölmədə “dubinka” ilə başıma, belimə, ayağıma vurdular, pulumu aldılar” – Video

“Bölmədə “dubinka” ilə başıma, belimə, ayağıma vurdular, pulumu aldılar” – Video
17.04.2023 10:32
"Abzas Media” paytaxt sakini Telman Hüseynovun həyat hekayəsindən bəhs edən reportaj hazırlayıb. Reportajda Hüseynovun bir gün ərzində nələrlə məşğul olduğu göstərilib.

O bildirib ki, hər gün şəhərin müxtəlif yerlərində zibil qutularından plastmas və dəmir yığıb satmaqla günlük xərclərini qarşılayır.

Hüseynov reportajın hazırlandığından bir gün sonra polis bölməsinə aparıldığını bildirib:

"Dünən bir az dəmir yığdım, bir-iki manat var idi. Gəldim, PPX maşını burda dayanmışdı. Düşdülər ki, "gəl, otur maşına”. Bölməyə apardılar, 22-dir (Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsi – red.), Nəsimidir, Nizamidir, bilmirəm. Növbətçi hissəyə girən kimi "dubinka” ilə belimə, ayağıma... Deyir ki, sən nə danışmısan, hökumətin dalınca nə danışırsan, qız (reportajı hazırlayan jurnalist – red.) kimdir? Güya mən danışmışam ki, hökumət yoxdur. Dedim, rəis, mən hökumətin dalınca danışmamışam. Başıma-başıma yumruq, ayaqlarıma təpiklə... Hardasa yarım saat olar məni buraxdılar. Mayor dedi: "Telman mən indi səni bir yetim kimi buraxıram. Ancaq gələn səfər kim səni çəksə, çəkilişə imkan vermə, çıx get”. Cibimdə bir az pul var idi, bir "paçka” siqaret, aldılar, qaytarmadılar”.
 
Səsləndirilən iddialarla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev  bildirilib ki, iddialar araşdırılıb
"İddialar araşdırılıb, faktsızdır, həqiqəti əks etdirmir. Dəfələrlə həmin şəxsə ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən köməklik göstərilib", - nazirlik əməkdaşı vurğulayıb. 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol