• $
  • €
  • ₽
  • ₺
  • £

Heydər Əliyevin imzası olan qızıl "iPhone"la bağlı açıqlama

Heydər Əliyevin imzası olan qızıl "iPhone"la bağlı açıqlama
19.03.2014 12:12
Nüfuzlu "Gold & Co." şirkətinin baş icraçı direktoru yerli mediada Azərbaycan üçün Heydər Əliyevin imzasını daşıyan qızıl iPhone-ların hazırlanması barədə məlumatları təkzib edib, bu telefonların saxta olduğunu bildirib. ANS PRESS-in məlumatına görə, BBC Azərbaycan-a müsahibəsində Amjad Ali deyib ki, Gold&Co. qızıl suyuna çəkilmiş mobil telefonlar və iPad-lər üzrə ən böyük şirkət olduğuna görə, bir çox istehsalçı bu telefonların saxta versiyalarını buraxır.Son günlərdə yerli mediada Heydər Əliyevin imzasını daşıyan qızıl iPhone-un şəkli yayılıb, bu telefonların azərbaycanlı oliqarxlar üçün hazırlandığı deyilir. Telefonların arxasında "Golden & Co London" loqotipini görmək olar. Cənab Ali-nin şirkətinin istehsal etdiyi telefonların üzərində isə oxşar şriftlə "Gold & Co London" yazılıb. Cənab Ali bunu saxta Louis Vuitton mallarının hər yerdə satılması ilə müqayisə edib.Onun sözlərinə görə, Çində bəzi şirkətlər Gold & Co London şirkətinə məxsus dizaynla bu telefonların saxta versiyasını hazırlayır və "onları bizim özümüzə satmağa cəhd edirlər".O, qeyd edib ki, kiminsə imzasını daşıyan yeganə telefon, bir məhşur kanadalı müğənni üçün olub."Telefonlarımızın qiyməti 5000 dollardan başlayır, 130 000 dollara qədərdir. Telefonlarımızı yalnız zərgərlər və ya bahalı dükanlar vasitəsilə satırıq, mobil telefon dükanlarında yox"Qeyd edək ki, spacenews.az saytının məlumatına görə, H.Əliyevin qızı Sevil Əliyeva bu telefonların hazırlanmasına etiraz edib və qadağa qoyduğunu deyib."Azərbaycan üçün ən mühüm, ən taleyüklü sənədlərdə olan, ölkənin xilaskarı və qurucusu dahi Heydər Əliyevin imzasının kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının üzərində olmasını böyük günah hesab edirəm. Mən Heydər Əliyevin qızı kimi belə xoşəgəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram", xanım Əliyevadan sitat gətirilir.Şirkət direktoru "Gold & Co." şirkətinə xanım Əliyevadan heç bir etiraz daxil olmadığını deyib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol