• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir əmr imzaladı

Nazir əmr imzaladı
19.03.2014 12:02
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə bağlı bir sıra məsələlərin tənzimlənməsinə dair əmr imzalanıb. ANN.Az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, əmrə əsasən, Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə, onun strukturu, işçilərin say həddi və ştat cədvəli təsdiq edilənədək AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi strukturunun və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyəti əvvəlki qaydada davam etdiriləcək.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması ilə əlaqədar Komissiya yaradılacaq.Komissiyanın sədri rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Komissiyanın üzvləri Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aparatının rəhbəri – Komissiyanın sədr müavini Vidadi Zeynalov, RİTN-in Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov, RİTN-in Məxfi şöbəsinin müdiri Təranə Səfərova, RİTN-in Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri Mətanət Məmmədova, RİTN-in İnformasiya cəmiyyəti şöbəsinin müdiri İsbəndiyar Əliyev, RİTN-in Beynəlxalq əlaqələr və qeyri-dövlət qurumları ilə iş şöbəsinin müdiri Ayaz Bayramov və RİTN-in Ümumi şöbəsinin müdiri İsgəndər Tağıyev müəyyən olunub.Komissiyaya 3 ay müddətində Rabitə və İnformasiya Texnologiyalar Nazirliyinin fəaliyyəti ilə bağlı bütün sənədlərin (o cümlədən arxiv sənədlərinin) və mühasibat balansının bütün uçot registrləri üzrə inventarizasiya aparmaqla, təhvil-təslim işlərinin həyata keçirilməsi və nəticələrinə dair tərtib olunmuş akt əsasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təhvil verilməsini, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən debitor və kreditor təşkilatlara yazılı bildirişlərin göndərilməsini, kreditor təşkilatlar tərəfindən irəli sürüləcək tələblərlə bağlı qanunvericiliyə uyğun tədbirlərin görülməsini və bu əmrdən irəli gələn digər məsələlərin həll edilməsini təmin etmək tapşırılıb.Bundan əlavə, əmrdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi strukturunun və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərinə Azərbaycan Respublikası Prezidentinin aktlarının Prezidentin 2014-cü il, 7 mart tarixli 326 nömrəli Sərəncamına uyğunlaşdırılmasına dair təklifləri 20 gün müddətində, Azərbaycan Nazirlər Kabinetinin və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin normativ hüquqi aktlarının həmin Sərəncama uyğunlaşdırılmasına dair təklifləri 1 ay müddətində RYTN-in Hüquq və kadrlar şöbəsinə təqdim etmələri tapşırılıb.Qeyd edək ki, sözügedən əmrin icrasına nəzarəti nazir Əli Abbasov həyata keçirəcək.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol