• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyevdən yeni təyinatlar

İlham Əliyevdən yeni təyinatlar
18.03.2014 12:22
Prezident İlham Əliyevin sərəncamı ilə Niyazi Səfərov, Sevinc Həsənova, Sahib Məmmədov və Sahil Babayev iqtisadiyyat və sənaye nazirinin müavinləri təyin ediliblər.APA-nın verdiyi məlumata görə, Niyazi Səfərov və Sevinc Həsənova bundan öncə iqtisadi inkişaf nazirinin müavini olublar.Sahib Məmmədov 2000-ci ildə Kiyev Dövlət Universitetində «Beynəlxalq hüquq» fakültəsində bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə və kredit ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə Belçikada Avropa Məsləhətçilər Təşkilatında Avropa Birliyinin TACIS Proqramında köməkçi kimi başlayıb. 2002-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə ekspert, 2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində informasiya üzrə məsul şəxs, 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyi regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib. Azərbaycan prezidentinin 13 mart 2014-cü il tarixli sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin olunub. Ailəlidir, 2 övladı var.Sahil Babayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində «Beynəlxalq hüquq və beynəlxalq münasibətlər» sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur. 1999-2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkəti Xarici sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb. 2006-2009-cu illərdə Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyi xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib. Dövlət başçısının 13 mart 2014-cü il tarixli sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin olunub. Ailəlidir.Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin əsasında yaradılan İqtisadiyyat və Sənaye Nazirliyinin Əsasnaməsinə görə, iqtisadiyyat və sənaye nazirinin 5 müavini olacaq.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol