Türkiyə-İran sərhəddində zəlzələ baş verib

İranın Türkiyə ilə sərhəd bölgəsində zəlzələ baş verib.
AFAD-ın məlumatına görə, 3,8 bal gücündəki yeraltı təkanların episentri İranın Qərbi Azərbaycan əyalətinin Maku şəhəri olub.
Zəlzələ Naxçıvanda da hiss edilib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Təbii hadisə Heydərabad, Sədərək və Şahbuz rayonlarında 3 bala qədər hiss olunub.
www.anews.az
























