• $
  • €
  • ₽
  • ₺
  • £

Tağı Əhmədova qarşı cinayət işi açıla bilər?

Tağı Əhmədova qarşı cinayət işi açıla bilər?
14.03.2014 15:24
Respublika Prokurorluğu və Vergilər Nazirliyi Bakı Metropolitenində genişmiqyaslı yoxlamalara başlayıb.Bu barədə hüquq-mühafizə orqanlarından Qafqazinfo-ya bildirilib. Bildirilir ki, yoxlama korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində həyata keçirilir.Buna səbəb metropolitenin keçmiş rəisi Tağı Əhmədovun rəhbərliyi dövründə külli-miqdarda vəsaitin dövlət büdcəsindən yayındırılması olub. Məlumatda bildirilir ki, ötən ilin sonlarında dövlət orqanlarına Bakı Metropolitenində külli-miqdarda vəsaitin mənimsənildiyi barədə məlumat daxil olub.Aparılan ilkin araşdırma məlumatın əsaslı olduğunu üzə çıxarıb. Məsələ barədə prezident İlham Əliyevə məruzə olunduqdan sonra Tağı Əhmədovun vəzifədən azad edilməsi və onun rəhbərlik etdiyi qurumda yoxlamalar başlanması barədə qərar qəbul olunub.Yoxlama nəticəsində müəyyən edilib ki, metropolitendən və geniş ticarət şəbəkəsindən hər il əldə olunan 11-12 milyon manat vəsait müxtəlif vasitələrlə dövlət büdcəsindən və vergidən gizlədilib və mənimsənilib. O da bəlli olub ki, metroda fəaliyyət göstərən ticarət obyektlərinin tam əksəriyyəti Tağı Əhmədovun ailə üzvlərinin, qohumlarının və ona yaxın olan şəxslərin adlarına rəsmiləşdirilib. Yaxın zamanlarda yoxlamanın nəticələrinin ictimailəşdiriləcəyi və T.Əhmədovun həbs olunacağı gözlənilir.Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tanrıverdiyeva Lent.az-a bildirib ki, hazırda idarədə hər hansı yoxlama aparılmır.Qeyd edək ki, T.Əhmədovun həbs olunacağı ehtimalı ilə bağlı bir qədər əvvəl də məlumat yayılıb. Həmin məlumatda və eyni zamanda indicə bizə daxil olan xəbərdə  bildirilir ki, 2010-cu ildə “Azadlıq Radiosu”nun “İşdən sonra” verilişində müsahibəsində Tağı Əhmədov metropoliten ərazisindəki ticarət obyektlərində 2 min adamın çalışdığını və ayda 70 min, ildə isə 840 min manat gəlirin əldə olunduğunu bildirib. Metropoliten rəisi deyib ki, həmin vəsait metronun tələbatlarına sərf olunur. Həmçinin T.Əhmədov həmin obyektlərin onun ailə üzvlərinə və qohumlarına aid olduğu barədə məlumatı təkzib edib. Son açıqlamalarda T.Əhmədov ticarətdən əldə olunan illik gəlirin 450 min manata yaxın olduğunu iddia edib.Onu da xatırlatmaq istərdik ki, metropolitenin yeni rəisi Zaur Hüseynovun göstərişi ilə metro ərazisindəki bütün ticarət obyektlərinin sahiblərinə müqavilələrin müddətinin uzadılmayacağı barədə xəbərdarlıq edilib.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol