• $
  • €
  • ₽
  • ₺
  • £

Ortaq Türk Dünyası Olimpiadasının final mərhələsi

Ortaq Türk Dünyası Olimpiadasının final mərhələsi
29.05.2023 20:00
Mayın 29-da "Heydər Əliyev İli”nə həsr olunmuş Ortaq Türk Dünyası Olimpiadasının final mərhələsi keçirilib. Bakı şəhəri 20 nömrəli məktəb-liseydə keçirilən final mərhələsində türk ölkələrini təmsil edən şagirdlər iştirak ediblər.

Final mərhələsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və Ortaq Türk Dünyası Olimpiadasının Təşkilat komitəsinin üzvləri iştirak ediblər.

BŞTİ müdiri Mehriban Vəliyeva olimpiadaya qatılan bütün iştirakçılara uğurlar arzulayıb. Ortaq Türk Dünyası Olimpiadasının əhəmiyyəti barədə danışan İdarə müdiri olimpiadanın gələcəyimiz olan gənclərin öz soy-kökünə bağı və milli ruhda yetişməsinə mühüm töhfə verəcəyinə inandığını bildirib.

Olimpiadada şagirdlər ümumilikdə ortaq türk dünyası tarixi və mədəniyyətini əhatə edən 30 sualı cavablandırıblar.

Sualların cavablandırılması üçün şagirdlərə 1 saat (60 dəqiqə) vaxt verilib.

Final mərhələsinin nəticələrinə əsasən, hər ölkədən 1 nəfər I yerə (onlardan ən yüksək nəticə əldə edən 1 nəfər "Birincilərin birincisi” adını qazanacaq), 1 nəfər II yerə, 1 nəfər III yerə layiq görüləcək. Digər şagirdlərə sertifikat təqdim olunacaq.

Qeyd edək ki, türk ölkələrini təmsil edən şagirdlər iyunun 1-də Şuşada keçirilməsi nəzərdə tutulan "Heydər Əliyev-türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalında iştirak edəcək.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol