• $
  • €
  • ₽
  • ₺
  • £

ATV-nin "Ümid var"ı bağlandı

ATV-nin "Ümid var"ı bağlandı
14.03.2014 10:16
ATV telekanalının “Ümid var” verilişi 15 mart 2014-cü il tarixdən etibarən öz fəaliyyətini dayandıracaqATV-dən APA-ya verilən məlumatda bildirilir ki, bu barədə “Azad Azərbaycan” MTRK-nın Bədii Şurasının 13 mart 2014-cü il tarixdə keçirilən növbəti iclasında qərar qəbul edilib.Məlumatda o da bildirilir ki, 17 sentyabr 2012-ci il tarixdən ATV telekanalının efirində fəaliyyət göstərən “Ümid var” verilişi qısa müddət ərzində tamaşaçıların rəğbətini qazanıb, müasir televiziya tariximizdə yadda qalan uğurlara imza atıb.“Bu müddət ərzində layihənin reytinq göstəriciləri hər zaman ön sırada olub. Layihənin yaradıcı heyətinə ölkədə aparılan uğurlu sosial siyasətin, bu istiqamətdə qanunvericilik fəaliyyətində əldə edilən nailiyyətlərin təbliğ edilməsi, sürətlə dəyişən dünyanın tərkib hissəsi olan cəmiyyətimizdə baş verən gerçəklərin müzakirə olunaraq özünütənqid prinsipləri əsasında maarifləndirilməsi tapşırılıb. Yaradıcı heyət bu işin öhdəsindən bacarıqla gəlib, daxil olan müvafiq sənəd və məktublara istinadən fəaliyyət istiqamətlərini qurub və iki saatlıq canlı efir müddətində bu məsələlərin ixtisaslaşmış ekspertlər, ziyalılar, nüfuzlu ictimaiyyət nümayəndələri ilə müzakirələrini təşkil edərək müraciət edən şəxslərin problemlərinin hüquq müstəvisində həllinə dövlət və hökumət strukturları ilə birgə fəaliyyət göstərərək dəstək verib.Lakin bu da bir həqiqətdir ki, digər telekanallarda da efirə gedən bu tip layihələrin efir fəaliyyətində baş qaldıran “reytinq rəqabəti” tendensiyası “Ümid var”da da mövzuların düzgün seçilməməsi, milli mənəvi dəyərlərin qorunmasında nöqsanların ortaya çıxması, fərdlərin hüquq və azadlıqlarının qanunvericilik çərçivəsində tənzimlənməsi işində qüsurların üzə çıxmasına səbəb olub.Bunları nəzərə alaraq “Azad Azərbaycan” MTRK-nın Bədii Şurası 15 mart 2014-cü il tarixdən etibarən ATV telekanalında efirə gedən “Ümid var” layihəsinin dayandırılması barədə qərar çıxarıb”, - deyə məlumatda bildirilir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 15:14
Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol