• $
  • €
  • ₽
  • ₺
  • £

DYP: Qayda pozuntuları avtomatik rejimdə qeydə alınacaq

DYP: Qayda pozuntuları avtomatik rejimdə qeydə alınacaq
13.03.2014 14:03
Azərbaycanda sürücülər unutmamalıdırlar ki, yolun qadağan olunmuş hissəsi ilə hərəkət edən, eləcə də üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol verməyənlər qanunvericiliyin tələbinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər.Bunu Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.Şöbə rəisi Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) adından sürücülərin nəzərinə çatdırıb ki, yaşayış məntəqələrində, yəni şəhər daxilində normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Əks halda cəzalanacaqlar:“Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində avtomagistral və avtomobil yolu nişanları (5.1 və 5.3 nömrəli nişanlar) ilə işarələnmiş yolun hərəkət hissəsində yol boş olduğu halda belə sol zolaqlarla hərəkət etmək qadağandır.Sürücülərimiz bilsinlər ki, bu cür qayda pozuntuları artıq avtomatik rejimdə işləyən ölçü cihazları vasitəsilə qeydə alınacaq və qaydanı pozan həmin sürücülər inzibati məsuliyyətə cəlb olunacaqlar”.Bundan başqa, Azərbaycanda sürücülərin bəzən üstün keçid hüququ olan nəqliyyat vasitələrinə yol vermədiyini deyən Kamran Əliyev qeyd edib ki, belə hallara görə onları sərt cəza tədbirləri gözləyir:“Üstün keçid hüququ olan, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı ilə işarə verən nəqliyyat vasitəsi yaxınlaşdıqda hərəkətin digər iştirakçıları ona dönmə işıq göstəricisini yandırmalı, üstün keçid hüququ olan nəqliyyat vasitələri üçün zolağı boşaltmalı və ya yol qırağına mümkün qədər yaxın hərəkət etməli, zərurət olduqda isə hətta nəqliyyat vasitəsini dayandırmalıdırlar.Sürücülərimiz bilməlidirlər ki, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.2-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə 60 manat miqdarında cərimə tətbiq olunur. Bundan əlavə, həmin qayda pozuntusu 3 cərimə balı ilə qiymətləndirilir”.Məlumat üçün qeyd edək ki, “Yol hərəkəti haqqında” Qanunun 1-ci maddəsində verilən əsas anlayışlara görə, operativ nəqliyyat vasitələri - yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə bölmələrinin, hərbi avtomobil müfəttişliyinin funksional tapşırıqlarının yerinə yetirilməsi, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, Azərbaycan Respublikasının ali vəzifəli şəxslərinin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.(Trend)
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol