Bakı parkında bomba həyacanı
Bakıda parkın ərazisində bomba olması barədə məlumat yayılıb. ANN.Az-ın Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonunda parkın ərazisində məişət tullantıları olan yeşikdə partlayıcı qurğu olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin müvafiq qüvvələri axtarış-xilasetmə tədbirlərinin görülməsi üçün hadisə yerinə cəlb edilib. Aidiyyatı qurumlar məlumatlandırılıb. Kinoloqlar və pirotexniki işlər üzrə mütəxəssislər hüquq-mühafizə orqanlarının mütəxəssisləri ilə birgə park ərazisində və onun ətrafında olan insanların təhlükəsizliyini təmin edib, axtarış işləri aparılıb. Axtarış nəticəsində parkın ərazisində heç bir şübhəli əşya aşkar edilməyib. Əməliyyat saat 00:10-da başa çatıb.ANN.Az

Instagram
Bizi Instagramda izləyin
Keçid etOxşar xəbərlər
Cəmiyyət 17:07 Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:01 “Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 16:29 Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:21 Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 15:50 Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:34 Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:14 Rüşvət almaqda təqsirləndirilən ETSN-nin vəzifəli şəxsi həbs edilib
Cəmiyyət 14:19 Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 12:32 Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir