Ödənilməsi gecikdirilən 194 min manatdan çox məbləğ işçilərə ödənilib

2023-cü ilin beş ayında işə götürənlər tərəfindən ödənilməsi gecikdirilən 194 min manatdan çox məbləğdə vəsiat işçilərə ödənilib. Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.
Həmin vəsaitin 96,5%-i əmək haqları, qalan hissəsi isə zərərə görə ödənclər, mavinət və kompensassiyalar olub.
DƏMX əmək müqaviləsinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilən 37 işçinin yenidən əvvəlki işlərinə bərpa olunmasına nail olub. Onlarla bağlı yol verilmiş qanun pozuntularının aradan qaldırılması təmin edilib.
Hesabat dövründə DƏMX tərəfindən 5321 sayda ərizə (şikayət) araşdırılıb, 3394 məktuba (sorğu) baxılıb. Eyni zamanda Xidmətin rəhbər və vəzifəli şəxsləri tərəfindən 3374 vətəndaş fərdi qaydada qəbul edilib.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Son xəbərlər 
Daha çox 






















