• $
  • €
  • ₽
  • ₺
  • £

Doğma çay “Azerçay” hərbi-idman yarışlarını dəstəklədi- FOTOLAR

Doğma çay “Azerçay” hərbi-idman yarışlarını dəstəklədi- FOTOLAR
20.06.2023 19:24
Hər zaman ölkəmizi yerli və beynəlxalq yüksək səviyyədə təmsil edən "Azerçay” bu dəfə də Şahin” hərbi-idman oyununu və "Cəsur kadet” yarışlarını dəstəkləyib.
 
15 iyun 2023-cü il tarixində Mingəçevir şəhərində "Kür” Olimpiya Tədris-İdman Mərkəzində məktəblilər arasında "Şahin” hərbi-idman oyunu,16-18 iyun tarixlərində isə "Cəsur kadet” yarışı keçirilib. 

Azərbaycanın Gənclər paytaxtı olan Mingəçevirdə Elm və Təhsil, Gənclər və İdman, Müdafiə, Fövqəladə Hallar nazirlikləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Veteranlar Şurasının birgə qərarı ilə ümumtəhsil məktəblərinin VIII-X sinif şagirdləri arasında keçirilən "Şahin” hərbi-idman oyunlarının final mərhələsinə start verilib.

Əvvəlcə xalqımızın ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Gənclər və idman naziri Fərid Qayıbov "Şahin” hərbi-idman oyunlarının yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsində və məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsində əhəmiyyətini vurğulayıb.

Respublikanın 10 müxtəlif şəhər və rayonundan (Bakı, Sumqayıt, Naxçıvan şəhərləri, Bərdə, Lerik, Neftçala, Qax, Samux, İsmayıllı və Nizami rayonları) ümumilikdə 150 nəfərin iştirakı ilə keçirilən idman oyunlarının final mərhələsi iyunun 16-dan 18-dək "Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutub. Qaliblər diplom və kubokla mükafatlandırılıblar.
Eyni zamanda markanın dəstəyi ilə Mingəçevir şəhər Heydər Əliyev meydanında şəhər icra hakimiyyəti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiynə və 15 İyun-Milli Qurtuluş Gününə həsr olunmuş konsert proqramı keçirilib.

Dünyanın 40 dan çox ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil edən, Azərbaycan çay adət-ənənələrini qoruyub saxlamaq missiyasını öz üzərinə götürən Doğma çay "Azerçay” yenə də öz ənənəsinə sadiq qalaraq bu yarışda gələn bütün qonaqlara və iştirakçıları çay süfrəsinə qonaq edib.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol