Sabahın hava proqnozu açıqlanıb

Sabah Bakıda 31 dərəcə isti olacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
www.anews.az
























