• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda MINEPS VII Beynəlxalq Konfransının rəsmi açılışı olub

Bakıda MINEPS VII Beynəlxalq Konfransının rəsmi açılışı olub
27.06.2023 16:25
Bakıda Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransının (MINEPS 2023) rəsmi açılışı olub.

Açılışda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və UNESCO Baş katibinin humanitar və sosial məsələlər üzrə müavini Qabriela Ramos çıxış edib.

Fərid Qayıbov hər kəsə foruma qatılıdığı üçün təşəkkür edib: "Bu gün Foruma 120-dən çox ölkə təmsilçisi qatılıb. Bu, beynəlxlaq tədbirə olan böyük marağın göstəricisidir. Bu gün gündəliyimizdə UNESCO-nun "Fit for life" təşəbbüsü ətrafında müzakirələr var. Hamımızın oxşar ideyaları, hədəfləri var. Ümid edirəm ki, bizim səmərəli müzakirəmiz və sonra vacib qərarlarımız olacaq".

Daha sonra UNESCO rəsmisi Qabriela Ramos çıxış edərək deyib ki, forum müxtəlif səviyyələrdə yüksək səviyyədə təşkil olunub və bu foruma güclü maraq var: "Biz istəyirik ki, üzləşdiyimiz çağırışların həllində idmanın da bir element olması üçün çalışaq. Sağlam cəmiyyətə nail olduqda bu zaman səhiyyə nazirliyi də, əmək nazirliyi də qazanmış olur. Bu, həm də sağlam nəsil deməkdir".

Qabriela Ramos idmanın cəmiyyətə təsiri, bu sahəyə qoyulan investsiyanı ölçmək üçün müəyyən mexanizmin yaradılmalı olduğunu vurğulayıb: "Gəlin, idmanın gücündən istifadə edək".

Daha sonra konfransın gündəliyi qəbul olunub və müzakirələr üçün ölkələr arasında qruplar yaradılıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol