• $
  • €
  • ₽
  • ₺
  • £

TQDK imtahan keçirir

TQDK imtahan keçirir
12.03.2014 10:33
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) martın 16 da respublikanın bütün peşə liseylərinin (cəmi 44) sonuncu sinfində təhsil alan şargirdlər üçün buraxılış imtahanı keçirəcək. TQDK-dan ANS PRESS-ə verilən məlumata görə, imtahan respublikanın 23 şəhər və rayonunda (Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba, Xaçmaz) təşkil olunacaq. İmtahanlarda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni TQDK-nın internet saytında “Şagird-Məzun” sisteminə müvafiq qaydada daxil olmaqla çap edə bilərlər. İmtahan bütün binalarda eyni vaxtda – saat 12:00-da başlanacaq və 2 saat müddətində aparılacaq. Şagirdlər imtahana gələrkən aşağıdakı sənədləri gətirməlidirlər: 1. İmtahana buraxılış vərəqəsini; 2. şəxsiyyəti təsdiq edən sənədin əslini a) Azərbaycan Respubılikasının vətəndaşları şəxsiyyət vəsiqəsini; b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini. İmtahan Bakı şəhərində 7, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Tovuz, Sumqayıt, Abşeron, Şamaxı, Qax, Bərdə, Göyçay, Kürdəmir, Zərdab, Şirvan, Sabirabad, Biləsuvar, Salyan, Saatlı, Lənkəran, Cəlilabad, Quba və Xaçmaz şəhərlərinin hər birində 1 binada təşkil olunacaq. İmtahanlarda ümumilikdə 4388 şagirdin (Bakıda 2041, Gəncədə 266, Şəmkirdə 67, Gədəbəydə 124, Qazaxdə 101, Tovuzda 117, Sumqayıtda 414, Abşeronda 117, Şamaxıda 79, Qaxda 80, Bərdədə 77, Göyçayda 94, Kürdəmir 59, Zərdabda 61, Şirvanda 119, Sabirabadda 69, Biləsuvarda 73, Salyanda 77, Saatlıda 77, Lənkəranda 75, Cəlilabadda 61, Qubada 78, Xaçmazda 62) iştirak edəcəyi gözlənilir. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. - Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. - Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol