• $
  • €
  • ₽
  • ₺
  • £

AZAL Bakı-Naxçıvan-Bakı sərnişinlərini səyahətlərini öncədən planlaşdırmağa çağırıb

AZAL Bakı-Naxçıvan-Bakı sərnişinlərini səyahətlərini öncədən planlaşdırmağa çağırıb
05.07.2023 19:24
AZAL Bakı-Naxçıvan-Bakı sərnişinlərini səyahətlərini öncədən planlaşdırmağa çağırıb.

Qurumdan  verilən məlumata görə, sərnişinlərin artan tələbatına cavab olaraq AZAL Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik uçuşların sayını artırmaqda davam edir.

Bu istiqamətdə hər gün 4 müntəzəm reys yerinə ən azı 12 reysin yerinə yetirilməsi nəzərdə tutulub ki, bu da sərnişinlərə səyahət planlaşdırmaqda rahatlıq və ən əlverişli gediş vaxtını seçmək imkanı verir.

Beləliklə, Azərbaycanın milli aviadaşıyıcısı Bakı ilə Naxçıvan arasında sərnişinlərin reyslərə olan tələbatını tam ödəməyə çalışır.

Aviaşirkət müəyyən şəraitə görə (sağlamlıq vəziyyəti, hüzr mərasimi) təcili olaraq Naxçıvana yola düşən sərnişinlərə qarşı həmişə çevik və anlayışlı olmağa çalışır. AZAL bu sərnişinlərin istəyini qarşılayır və onlara aviabiletlərin alınmasında operativ şəkildə kömək edir.

Lakin aviadaşımalara artan tələbatı nəzərə alaraq, aviaşirkət bütün digər sərnişinlərdən səyahətlərini əvvəlcədən planlaşdırmağı və aviaşirkətin kassalarına uçuşdan üç və ya daha çox gün əvvəl yaxınlaşmağı xahiş edir. Aviabiletləri əvvəlcədən əldə etmək onlara mümkün narahatlıqların qarşısını almağa kömək edəcəkdir.

Mülki aviasiyanın işi də müəyyən plana uyğun təşkil olunur. Bu plana bir çox aspektlər, eləcə də uçuş cədvəli, təyyarələrin uçuşdan əvvəl hazırlanması, yekun yoxlamalar və digər məsələlər daxildir.

Sərnişinlər Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri onlayn qaydada aviaşirkətin rəsmi www.azal.az. saytından, AZAL-ın rəsmi kassalarından və ya [email protected] elektron ünvanı və +994(55) 204 65 54 "WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət etməklə əldə edə bilərlər.

Respublikadaxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manat təşkil edir.

Bundan əlavə, 18 yaşınadək əlil uşaqlar, tələbələr, həmçinin I və II qrup əlillər üçün 10 manat güzəşt tətbiq edilir. Yalnız bu kateqoriyadan olan sərnişinlər aviabiletləri aviaşirkətin Bakı və Naxçıvan hava limanlarındakı rəsmi kassalarında əldə edə bilərlər. Həmin sərnişinlər biletləri alarkən müvafiq sənədləri təqdim etməlidirlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol