Lisey və gimnaziyalara qəbul nəticələri elan olunub

2023-2024-cü tədris ili üzrə 32 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada keçirilən lisey və gimnaziyalara qəbul nəticələri elan olunub. Şagirdlərin elektron yerdəyişməsi üzrə portalda (https://sy.edu.az) şəxsi kabinetlər vasitəsilə nəticələrlə tanış olmaq mümkündür.
Lisey, yaxud gimnaziyaya qəbul olan və qəbulu təsdiq edən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq. Sənəd qəbulu isə avqust ayında həyata keçiriləcək.
Qəbul nəticələri ilə bağlı müraciətləri 11 iyul saat 12:00-dək müvafiq elektron poçt ünvanına ([email protected]) yönləndirə bilərsiniz.
19 925 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb.
www.anews.az
























