• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan brendləri niyə dünyada tanınmır?

Azərbaycan brendləri niyə dünyada tanınmır?
14.07.2023 18:38
Azərbaycanda öz brendini yaratmaq əvəzinə başqasını imitasiya edib, onun hüquqlarını pozmaq daha çox dəbdədir. Bu fikirləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.
 
Onun sözlərinə görə, Azərbaycan brendlərinin beynəlxalq arenaya çıxa bilməməsinin müxtəlif səbəbləri var.
 
"İllərdir ki, Azad İstehlakçılar Birliyi Azərbaycan brendlərinin dünyaya çatdırılması üçün çalışır. Mən başqa ölkələrə gedəndə daim Azərbaycan məhsullarını axtarıram. Fərqli-fərqli ölkələrin brendləri ilə rastlaşıram. Azərbaycan kürüsü dünyaca məşhur olmasına baxmayaraq, heç yerdə yoxdur və brend olaraq tanınmır. Bunun yerli səbəbi budur ki, yerli istehsalçılar özləri buna təşəbbüs göstərmirlər. Məsələn böyük yarmarkalarda kostyum tikən sexlər var. Orada yerli və normal kostyumlar tikilərək üstünə başqa bir brendin emblemi vurulub satılır. Ümumiyyətlə yerli istehsalçılar üzə çıxmaq istəmirlər. Hər-hansı mediadan müraciət olunarkən, istehsalçı gizlənir və sanki kimlərdənsə ehtiyyat edirlər. Bəziləri isə hansısa məmurun basqısından qorxurlar. Həmçinin bizdə biznesin dayanıqlılığına insanların etibarı yoxdur. Digər bir məsələ isə odur ki, bəzi uğurlu biznesi olan insnlar var ki, onların biznesini əlindən alıblar. Azad İstehlakçlar Birliyi də daim bunun əziyyətin çəkir”, - o deyib.
 
O, bildirir ki, hökumət bu məsələ üzərində çox ciddi işlər görməlidir.
 
"Son 3-4 ildə bu sahədə sabitlik var. Mən həmişə istehlakçılara çağırış edirəm ki, öz brendlərini yaratsınlar və heç kəsdən də çəkinməsinlər. Dövlət orqanları bununla bağlı İqtisadiyyat Nazirliyi yanında Azərbaycan brendini təşviq edən qurum yaradıb. "Azpromo” adlı bu qurum hələ ki, uğurlu nəticələr əldə edə bilməyib. Azad İstehlakçılar Birliyi olaraq biz tərəfdarıyıq ki, bu iş baş tutsun və xarici ölkələrə Azərbaycan malları ixrac olunsun. Azərbaycanda öz brendini yaratmaq əvəzinə başqasını imitasiya edib, onun hüquqlarını pozmaq daha çox dəbdədir. Buna son qoyulmalıdır. Düşünürəm ki, hökumət bu məsələnin üzərində çox ciddi işləməlidir. Bu işlərində uğurlu getməsi üçün biznes qurumlarının media ilə sıx əməkdaşlıqda olması lazımdır”, - Hüseynov vurğulayıb.
 
Azərbaycanın məşhur brendlərindən bəzilərinə diqqət yetirək:
 
"Beyaz falez home” (mətbəx əşyaları) , "SOCAR”, "Azpetrol”, "Patron” (günəbaxan tumu), "Beloçka” (günəbaxan tumu), "Grey cordinal”, "Milla” (süd və süd məhsulları), "ASAN xidmət”, " N 1” (kafe və restoran), "Evrolux” (elektron avadanlıqlar), "Azərsun”, Veysəloğlunun istehsal etdiyi "Tango”, "Ulduz”, "Chinar”, "Kxoncha” şokoladları, "Qax” və "Badamlı” mineral suları, "Matanat -A” tikinti materialları, və s. brendləri misal göstərə bilərik", - ekspert deyib.
 
Eltac Nurullazadə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol