• $
  • €
  • ₽
  • ₺
  • £

Nərmin Hüseynlinin dəfnində insident - FOTO

Nərmin Hüseynlinin dəfnində insident - FOTO
11.03.2014 15:36
Ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişən Nərmin Hüseynlinin dəfn mərasimində insident yaşanıb.İnterpress.az xəbər verir ki, Nərminin yaxınları mətbuatın dəfn mərasimini işıqlandırmasının əleyhinə çıxıblar. Nəticədə mətbuat nümayəndələri ilə Nərminin yaxınları arasında mübahisə yaranıb.Daha sonra media istəyinə çatıb və Nərminin dəfn olunduğu qəbristanlığa buraxılıb.17 yaşlı gənc qız Abşeron rayonu Saray qəsəbə qəbristanlığında torpağa tapşırılır.Qeyd edək ki, 17 yaşlı gənc qızın həkim səhlənkarlığının qurbanı olduğu deyilir. Nərmin Hüseynlinin anasının sözlərinə görə, 17 yaşlı qızı səhhətindən heç vaxt şikayət etməyib və tam da sağlam olub. Məktəbdə fiziki və əqli fəallığı ilə seçilən Nərminin ötən ilin aprelində birdən-birə boğazı şişməyə başlayır.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müayinə olunduqdan dərhal sonra ona zob diaqnozu qoyularaq əməliyyat aparılıb. Lakin getdikcə Nərminin vəziyyəti ağırlaşdığından valideynləri onu da müayinə üçün İrana, Təbrizə aparırlar. Məlum olur ki, diaqnoz əvvəlcədən səhv qoyulub və əslində Nərmin xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Xatırladaq ki, Nərmin Hüseynlinin həyatını xilas etmək üçün Bakı şəhərində geniş xeyriyyə kampaniyası keçirilib. Müxtəlif xeyriyyə tədbirlərində onun müalicəsi üçün tələb olunan 150 min manatın böyük bir hissəsi toplanıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol