Dənizdə batma təhlükəsi ilə üzləşən iki nəfər xilas olunub
18.07.2023 22:53
Dənizdə batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, bu gün Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Şüvəlan” və "Mərdəkan” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.