• $
  • €
  • ₽
  • ₺
  • £

Ölüm ayağında olan jurnalist - VİDEO

Ölüm ayağında olan jurnalist - VİDEO
11.03.2014 12:15
Qarabağ müharibəsi veteranı, Kəlbəcərdən olan məcburi köçkün, jurnalist Müslüm Məmmədovun vəziyyəti ağırdır. Bir neçə xəstəlikdən əziyyət çəkən jurnalist kompleks müalicə olunmasa, həyatını itirə bilər.APA TV xəbər verir ki, 1972-ci il təvəllüdlü Müslüm Məmmədov 1991-1994-cü illərdə Kəlbəcər və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Kəlbəcərin işğalından sonra döyüş yoldaşları ilə birlikdə öz postlarını tərk etmədiklərindən 10 gün ermənilərin mühasirəsində qalıb. Sonradan çox çətinliklə mühasirəni yararaq, xilas ola biliblər.Kəlbəcər işğal olunduqdan sonra məcburi köçkün kimi Bakı şəhərində sahəsi 20 kv/m olan köhnə həyət evində ailəsi ilə müvəqqəti məskunlaşıb. Müslüm Məmmədov “Vətəndaş həmrəyliyi”, “Xalq cəbhəsi”, “Üç nöqtə”, “Yeni zaman”, “Vəhdət”, “Neytral”, “Azərbaycan naminə”, “Himayədar” və digər müxtəlif mətbuat orqanlarında işləyib.Müharibədən ağır vəziyyətdə qayıdan Müslüm Məmmədov uzun müddət xəstə yatıb. Bir neçə ay güclü soyuqdəymədən müalicə alıb. Daha sonra isə vəziyyəti yaxşılaşıb.Amma 2011-ci ildə həkim səhlənkarlığı onun həyatını tamam dəyişdirib. Jurnalist dişlərini müalicə etdirərkən Hepatit C virusuna yoluxub.Müslüm Məmmədov deyir ki, 2011-ci ildə özündə fiziki geriləmə hiss edib:“Həkimə müraciət elədim, məlum oldu ki, diş həkimlərinin məsuliyyətsizliyi ucbatından hepatit C virusuna yoluxmuşam. Bir il qonşu İran dövlətində müalicə aldım. Ancaq heç bir xeyri olmadı. Sonda pnevmaniyaya çevrildi”.Müslüm Məmmədov 7 ildir, işsizdir. Müalicəsi üçün qohumlar maddi yardım göstərir. Anası isə oğlunun bu vəziyyətinə dözə bilmir. Deyir ki, hər gün gözlərinin önündə oğlunun əridiyini görmək dözülməzdir.Anası Firəngiz Məmmədova hər kəsdən yardım gözləyir:“Mənim balama kömək eləsinlər. İki körpəsi var”.Həkimlər müalicənin Türkiyədə ya da Almaniyada mümkün olduğunu deyiblər. Buna isə ailənin maddi imkanı çatmır.Qardaşı Dilqəm Məmmədov deyir ki, xəstəyə kompleks müalicə lazımdır:“Çünki qara ciyərdə serroz var, öddə daşlaşma gedir, dalaq iki dəfə böyüyüb. Buna da bizim imkanımız çatmır. Böyük məbləğdə pul lazımdır”.Ölkə rəhbərliyinə müraciət edən ailənin tək ümidi odur ki, jurnalistin müalicəsi üçün yardım ediləcək, Müslüm Məmmədov sağlamlığına qovuşacaq.

ANN.Az

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol