Azərbaycanda poçt bağlamalarının çatdırılması asanlaşdırılır

Azərpoçt MMC Azərbaycanda özünün postamat şəbəkəsini işə salacaq.
Trend xəbər verir ki,bu barədə çərşənbə axşamı "Azərpoçt" MMC-nin idarə heyətinin sədri Əfqan Cəlilov 2023-cü ilin birinici yarısının yekunlarına həsr olunmuş tədbirdə deyib.
"Bu çox rahatdır, çünki postamatlar 24/7 rejimdə işləyə bilir", - deyə o əlavə edib.
Postamatlar bağlamaların verilməsi üçün avtomatlaşdırılmış terminal olmaqla alternativ çatdırılma kimi nəzərdə tutulub. Postamatların köməyilə vətəndaşlar bağlama və ya məktublarını poçt əməkdaşının iştirakı olmadan sərbəst şəkildə götürə biləcəklər.
www.anews.az
























