İsmayıllıda bazarın yanında evlər yanır

İsmayıllıda böyük ərazidə yanğın hadisəsi baş verib. Bu barədə Report yazıb.
Hadisə şəhərin Heydər Əliyev prospektindəki yaşayış evlərinin birində qeydə alınıb.
Şəhər bazarının yaxınlığındakı fərdi yaşayış evində baş verən yanğın qısa zaman ərzində böyük ərazini əhatə edib.
Məlumata görə, indiyədək ərazidə 2 ev və 3 mağaza yanıb.
Hadisə yerinə FHN-nin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin 3 avtomobili və canlı qüvvəsi cəlb olunub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























