• $
  • €
  • ₽
  • ₺
  • £

Təmiz ölkəm aksiyası çərçivəsində iməcilik keçirilib

Təmiz ölkəm aksiyası çərçivəsində iməcilik keçirilib
29.07.2023 23:30
Ölkə ərazisində "Təmiz ölkəm” aksiyası çərçivəsində keçirilən təmizlik aksiyaları bu gün Ağdam, Quba, Tovuz, Zərdab və Şəki rayonlarının meşə ərazilərində davam etdirilib.

Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
 
Nazirliyin yerli bölmələrinin əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 3 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.

"Eyni zamanda, Hacıqabul rayonunda avtomobil yolunun kənarında yaşıllıq ərazidə də iməcilik keçirilib. Nazirliyin yerli bölmələrinin əməkdaşlarının, Hacıqabul rayon İdman və Gənclər İdarəsinin, şəhər könüllülərinin, Hacıqabul şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının nümayəndələrinin iştirakı ilə ərazi 875 kiloqram tullantıdan təmizlənib.

Hər kəsi istirahət edərkən tullantıları ətrafa atmamağa, təmizliyə riayət etməyə, ətraf mühiti birgə qorumağa çağırırıq”, - deyə məlumatda bildirilib.
www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol