Dənizdə batma təhlükəsi ilə üzləşən 6 nəfər xilas edilib
03.08.2023 22:54
Bu gün Bakıda dənizdə batma təhlükəsi ilə üzləşən 4-ü uşaq olmaqla 6 nəfər xilas olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Zuğulba”, "Mərdəkan” və "Şüvəlan” sularda xilasetmə məntəqələrindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən 4-ü uşaq olmaqla 6 nəfər xilas olunub.