• $
  • €
  • ₽
  • ₺
  • £

Bəxtiyar Hacıyev psixoloji olaraq çox gərgindir - Vəkil

Bəxtiyar Hacıyev psixoloji olaraq çox gərgindir - Vəkil
14.08.2023 17:32
İctimai fəal Bəxtiyar Hacıyev psixoloji olaraq çox gərgindir. Bunu vəkil Rövşanə Rəhimli bildirib.  
 
"Ona qarşı qanunsuz sahibkarlıq, rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma, qaçaqmalçılıq və digər yeni ittihamlar üzrə bir sıra insanlar, o cümlədən Bəxtiyarın dostları şahid qismində istintaqda dindirilir. Bütün bunlar Bəxtiyarı çox narahat edir. O insanların ona görə incidilməsindən çox narahatdır”, vəkil Amerikanın səsinə müsahibəsində deyib. 
 
İyulun 28-də Bakı Apellyasiya məhkəməsi ictimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti oktyabrın 8-nə kimi uzadıb. 
 
Bəxtiyar Hacıyev 2022-ci il dekabrın 9-da həbs olunub. 
 
O, məhkəməyə hörmətsizlikdə və xuliqanlıqda ittiham olunur. Məhkəmə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Sonradan ona ünvanlanan ittihamlar ağırlaşdırılıb.

Fevralın 24-də məhkəmə onun haqqındakı həbs-qətimkan tədbirini daha 2 ay uzadıb. 

İctimai fəal həbsinə etiraz olaraq yanvarın 9-dan bəri aclıq aksiyası keçirirdi. Hacıyev həbsdə ikən onu gözdən salmaq üçün sosial media kanallarında kampaniya başladılıb. Burada onun şəxsi həyatına aid materiallar və intim görüntülər paylaşılıb. Bir çox ictimai və siyasi xadimlər ictimai fəalın fəaliyyətinə bu cür kölgə salmaq cəhdlərinin yolverilməz olduğunu bildiriblər. 

Vəkil Aqil Layıc bildirib ki, Bəxtiyar Hacıyev öz təşəbbüsü ilə ictimaiyyətin fikrini nəzərə alaraq aclıq aksiyasını dayandırıb. 

Fevralın 28-də, aclıq aksiyasının 51-ci günündə Hacıyev aclığı dayandırıb.

Dövlət Departamentinin, ABŞ Senatının, Avropa İttifaqının, Avropa Şurasının və bir sıra beynəlxalq QHT-lərin nümayəndələri dəfələrlə Hacıyevin həbsdən azad olunmasını tələb ediblər.
 
İyunun 6-da istintaq orqanı Bəxtiyar Hacıyevin Bakıda özünün, Gəncədə atasının, Göygöldə qardaşının evində və avtomobillərində axtarış aparıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı "Amerikanın Səsi”nə bildirib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir. Saxlanılan yoxdur.
 
Gülnar 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol