• $
  • €
  • ₽
  • ₺
  • £

Wolt Azərbaycanda fəaliyyətini məhdudlaşdırıbmı?

Wolt Azərbaycanda fəaliyyətini məhdudlaşdırıbmı?
15.08.2023 17:05
Avqustun 14-ü "Wolt Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
 
AQTA-dan bildirilib ki, aşkarlanmış nöqsanlarla əlaqədar sözügedən müəssisə tərəfindən qida məhsullarının çatdırılması fəaliyyətinin dayandırılması, ilkin və dövri tibbi müayinədən keçməyən şəxslərin müəssisədən kənarlaşdırılması ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, MMC-nin məsul şəxsi barəsində müvafiq tədbir görülüb. Daha sonra isə qəbul edilmiş qərarın icra vəziyyətinin yoxlanılması ilə əlaqədar "Volt Azərbaycan” MMC-də plandankənar yoxlama keçirilib. Yoxlama zamanı şirkət tərəfindən nöqsanların aradan qaldırılmadığı, həmçinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, fəaliyyət göstərdiyi müəyyən olunub.
 
Bununla əlaqədar, qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı məhdudlaşdırıcı qərarın təkrar tətbiqi barədə qərar qəbul edilib. Eyni zamanda, tələblər yerinə yetirilmədiyinə görə cəmiyyətin məsul şəxsi barəsində müvafiq tədbir görülüb.

AQTA tərəfindən MMC-nin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı qərar verilsə də, şirkətin əməkdaşları heç bir məhdudiyyətin olmadığını və fəaliyyətlərinə davam ettiklərini bildirirlər.

Məsələ ilə bağlı  Wolt MMC-nin əməkdaşları ilə əlaqə saxlamağa çalışdıq.
 
Şirkətin əməkdaşı Heydər İbrahimov bildirir ki, heç bir məhdudiyyət tətbiq olunmayıb və şirkət normal qaydada fəaliyyətini davam etdirir.

"Şirkətin fəaliyyətinin dayandırılması ilə bağlı xəbəri dünən eşitdik. Belə bir şey olsa, əvvəlcədən proqram vasitəsi ilə əməkdaşlara məlumat verilərdi. Bu gün şirkət tərəfindən əməkdaşlara bildiriş göndərilib. Bildirişdə qeyd olunur ki, "Wolt Azərbaycan MMC”-nin bağlanması ilə bağlı yayılmış xəbərlər yanlışdır və şirkət fəaliyyətini normal şəkildə davam etdirir”.

Məsələyə münasibət bildirmək üçün AQTA ilə əlaqə saxlamağa çalışsaq da, suallarımıza cavab verən olmadı.
 
Eltac Nurullazadə
 
 
 
 
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol