Böyük Şor gölü ərazisində gizlədilmiş narkotik aşkarlanıb

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin əməkdaşları birgə əməliyyat keçiriblər.
Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb.
Əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan şəxs Əşrəfağa Azad oğlu Əlizadə tərəfindən Nərimanov rayonu Böyükşor gölü ərazisində gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 918 qram olan tiryək aşkar edilib.
www.anews.az
Son xəbərlər 
Daha çox 























