• $
  • €
  • ₽
  • ₺
  • £

Ətin qiyməti bahalaşıb - SƏBƏB

Ətin qiyməti bahalaşıb - SƏBƏB
21.08.2023 16:33
Mal ətinin qiyməti  son bir həftədə 1 manat bahalaşaraq bir kiloqram üçün 15-16 manat arasında təklif olunur. 

Liberal İqtisadçılar Birliyinin sədri, iqtisadçı-ekspert Akif Nəsirli ətin qiymətinin indi  bahalaşmasını qeyri di hal hesab edir.  

" Azərbaycan əhalisinin böyük əksəriyyəti şiədir və  məhərrəm ayında şənliklər təşkil edilmədiyindən ətə tələbat azaldır. Buna baxmayaraq  ət bahalaşırsa bu ölkədə ət istehsalının aşağı düşdüyünü göstərir. Həm də ölkəyə ət idxalı çoxalıb. Amma idxal edilən ət Azərbaycanda bazarda satılan əti əvəz edə bilmir. İdxal əti əslində hökümətin çoxsaylı şəxsi həyəti olan qurumlarında istifadə olunur. Amma bazarlarda, qəssabxanalarda heç vaxt idxal əti satılmır. İndiki şəraitdə ətə tələbatın az olduğu dövrdə ətin qiyməti qalxırsa onda demək olar ki, önümüzdəki aylarda tələbat artdığında ətin qiyməti yenə qalxacaq. Noyabr, dekabr, yanvar aylarında ətin qiymətinin daha yüksək faizlərlə artacağı gözlənilir”, - Akif Nəsirli söyləyib. 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli qiymətlərin artımını ət istehsalçılarının  xərclərinin artması ilə izah deyib.

"Mal əti bazarında qiymətləri dövlət tənzimləmir, bazar tənzimləyir. Ət bazarında tarif şurası qiymət verir. Bu monopoliya var ki, buna İqtisadiyyat Nazirliyi baxır. Ət bazarında dəyişikliklər formalaşır. Bir neçə ət bazarı var. Bura quş əti məhsulları, qoyun əti məhsulları, mal əti və balıq əti məhsulları daxildir. Məncə ətə olan tələbatımızın 85%-ini yerli istehsal təmin edir. Qoyun əti üçün isə bu rəqəm 97%-dir. Çünki, qoyun əti istehsalı ətrafımızda ən yaxçı bizdə inkişaf edib. Hardasa 80% quşçuluq məhsulları istehsalı ilə özümüzü təmin edirik və 90% mal əti ilə öz-özümüzü təmin edirik. Bunların hər biri, öz istehsalımız olsa da, hər birisi üzrə idxalda yem komponentləri üzrə asılıyıq. Ümumiyyətlə, ət istehsalında da maya dəyərlərinin xərclərinin əhəmiyyətli hissəsinin 70%-ə qədəri yem komponentləri üzrə formalaşır. Yəni ətin istehsal olunmasının maya dəyərinin 70%-i yemdir. Bu yem komponentlərində də xaricdən asılıyıq. Həm soya məhsulları, həm dərman məhsulları, həm bu sahədə istifadə olunan buğda və arpanın dəyəri qiymətlərə təsir edir. Bu  kontrolumuzda deyil. Bu baxımdan ət istehsalında son dönəmlər xərc artıb. Təbii ki, hər ət istehsalı üzrə xərclərin qiymətlərə təsiri olur. Tutaq ki, quşçuluqda 40 günə toyuq yetiştirirsənsə, mal heyvanın saxlanılması illər tutur. Ona görə də, xərclərin artımı bu fermerlərə və təsərrüfatlara da tədricən təsir edir”, - Xalid Kərimli vurğulayıb. 

Onun fikirlərinə görə,Azərbaycanın ucuz bazarları olan Ukrayna və Rusya indiki dövrdə əlçatmaz olduğuna görə yerli təsərrüfatların qiymətləri qaldırmasına yol açır. 

"Xaricdən idxalın da əhəmiyyəti var. Xaricdən idxal bahalaşdıqca, və ucuz bazarlardan hansı ki, biz Ukrayna və Rusyadan mal gətirirdik, bunların da aradan qaldırılması, yol verir ki, yerli fermerləin və təsərrüfatların qiymətləri daha qaldırmasına imkan verir. O təsir amili də aradan qaldırılır. Yerli mal əti təqdim edənlər 2 formada olur. Birincisi, intensiv təsərrüfatlardır, ikincisi isə ev təsərrüfatlarıdır. İntensiv təsərrüfatlarda dediyim yem komponentləri təsir göstərir. Ev təsərrüfatlarında isə, onlar da yemdən istifadə edirlər amma onlar daha çox otun bahalaşmasından şikayət edirlər. Yəni qısacası, həm xaricdən gələn idxal ət, həm intensiv təsərrüfatlar, həm də ev təsərrüfatlarında xərclər artıb. Və tələbat artımında da ilk imkanda onlar qiyməti artıra bilirlər”, - Xalid Kərimli bildirib. 
 
Ekspertlər bu bahalaşmanın 2023-cüilin sonuna qədər davam edəcəyini və ətin qiymətinin bir kiloqram üçün 20 manata kimi qalxacağını proqnozlaşdırırlar. 


Rabia Hale Seferoğlu

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol