• $
  • €
  • ₽
  • ₺
  • £

2023-cü ildə istilik təchizatı sahəsində görülən işlər açıqlanıb

2023-cü ildə istilik təchizatı sahəsində görülən işlər açıqlanıb
22.08.2023 14:15
2023-cü ilin yanvar-iyulunda "Azəristiliktəchizat" ASC tərəfindən 1 000 km-dən çox istilik xətləri yoxlanılıb və 7 572 metr məhəllədaxili və magistral istilik xətləri yenisi ilə əvəz olunub. Bu barədə "Azəristiliktəchizat" ASC bildirilib.
 
Bildirilib, 848 ədəd odluq, 238 dəst istilik mübadilə aparatları, 2 825 ədəd nasos, 11 825 ədəd müxtəlif diametrli siyirtmələr, 2 714 ədəd mühərrik, 566 dəst elektrik avadanlığı, 450 dəst nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1 161 ədəd genişləndirici çən, 832 ədəd qoruyucu klapan və 2 558 ədəd əks klapan, 2 087 ədəd çirktutan, 2 980 ədəd manometr və termometr, 10 584 ədəd ventil, 608 ədəd ehtiyat su çəni, 13 ədəd havavuran, 10 ədəd tüstüsoran və digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib.

Bildirilir ki, 881 ədəd qazan aqreqatı, 93 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 8 ədəd qazan qurğusu, 17 dəst istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib.

2022-ci ildə "Azəristiliktəchizat” QSC istilik enerjisinin satışından 13 milyon 252,5 min manat gəlir əldə edib ki, bu da 2021-ci illə müqayisədə 0,5% azdır. 
 
2022-ci ilin sonuna "Azəristiliktəchizat” ASC-nin balansında fəaliyyət göstərən qazanxanaların sayı 1202 olub (2021-ci ilin sonuna olan göstəricidən 0,4% çoxdur). Qazanxanaların ümumi gücü 2729,1 Qkal/saat təşkil edir. Eyni zamanda, təbii qazla işləyən qazanxanaların sayı 1142, maye qazla işləyən qazanxanaların sayı 60-dır.

"Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.

Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol