Bu yolda hərəkət məhdudlaşdırılacaq

26 avqust saat 01:00-dan 07:00-dək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 28-ci km-lik hissəsində hər iki istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Məlumata görə, hərəkətin məhdudlaşdırılmasına səbəb yerüstü piyada keçidinin tikintisidir.
www.anews.az
























