• $
  • €
  • ₽
  • ₺
  • £

EQ.5 daha yüksək mutasiya qabiliyyətinə malikdir - TƏBİB

EQ.5 daha yüksək mutasiya qabiliyyətinə malikdir - TƏBİB
26.08.2023 13:08

Üç ildən artıq davam edən yeni növ koronavirus (COVID-19) pandemiyası qlobal səhiyyə sistemi üçün ciddi sınağa çevrildi.
 
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasına əsasən ümumilikdə COVID-19-a yoluxma nəticəsində ən azı 20 milyon nəfərin həyatını itirdiyi təxmin edilir. Lakin rəsmi rəqəmlər vəfat edənlərin sayının 7 milyon olduğunu göstərir. Bu ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronavirus pandemiyasının başa çatdığını elan etsə də, son günlər bir çox ölkələrdə COVID-19-un yeni ştamına yoluxanların sayının artması problemin hələ də aktual olduğunu sübut edir. Son məlumata görə, həmin virusa dünyanın 110 ölkəsində təsadüf olunur. Yeni ştamın çox böyük sürətlə artması ÜST tərəfindən həyəcan təbili və karantin rejiminin yenidən sərtləşməsinə əsas yaradır.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı Turan İbrahimova deyib: "Digər variantlarla müqayisədə xəstəliyin ötürülmə yolları, klinik əlamətləri və yaxud müalicəyə tabe olmağında heç bir fərq müşahidə olunmur. Lakin digər variantlarla müqayisədə daha yüksək mutasiya qabiliyyətinə malik olduğuna görə yoluxduruculuq qabiliyyəti çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən EQ.5 variantı qlobal ictimai səhiyyə qarşısında aşağı riskli olaraq dəyərləndirilib”.

Buna baxmayaraq, yüksək risk qrupuna daxil olanlar üçün bu bəyanat qorunma tədbirlərini azaltmaq və diqqətsiz davranmağa əsas olmamalıdır. Hospitalizasiya riski yüksək olanlar hər zaman müvafiq tədbirlərlə özlərini qorumağa davam etməlidirlər.
Qarşıdan payız ayları gəlir. Bu, o deməkdir ki, təhlükə hələ qarşıdadır, çünki payız aylarında virusa yoluxma sayı daha da artır.

Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyib ki, EG.5 mutasiyasının öskürək, burun axması, boğaz ağrısı, qızdırma, şiddətli yorğunluq kimi klassik əlamətləri var: "Əvvəlki dövrdə virusa qarşı aparılan mübarizə tədbirləri yenə aktualdır. Əhalinin xeyli hissəsi virusa qarşı peyvənd olduğuna görə orqanizmdə müəyyən qədər immunitet var. Lakin koronavirusun xarakteri elədir ki, meydana çıxan yeni – hansı formada bəlli olmayan əlamətlərdir. Ona görə də tünlük məkanlardan uzaq olmaq, spirt və digər gigiyenik vasitələrdən istifadə etmək, qoruyucu maskalardan istifadə ən mühüm amillərdən biri olaraq qalır”.

Koronavirus daim mutasiyaya uğrayır və onun yeni ştamlarının ortaya çıxması dünya əhalisini narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında son bir ayda dünyada COVID -19-a yoluxanların 63 faiz artdığı bildirilir. Təkcə son bir həftədə 1,4 milyon yoluxma halı qeydə alınıb.


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol