• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman AŞ komissarına cavab verdi

Ombudsman AŞ komissarına cavab verdi
29.08.2023 12:46
Azərbaycanın İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Avropa Şurasının insan hüquqları üzrə komissarının bəyanatına cavab verib. Bu barədə Ombudsman Aparatının Mətbuat Xidmətindən məlumat verilib.

"Hesab edirik ki, Avropa Şurasının insan hüquqları üzrə komissarının Laçın yolu ilə əlaqədar son bəyanatı Ermənistanın siyasi manipulyasiyası əsasında Azərbaycanın Xankəndi şəhərində humanitar vəziyyətlə bağlı formalaşmış yanlış iddialara dəstək prosesinin davamıdır.

Biz Avropa Şurasının komissarından belə həssas məsələ ilə bağlı daha dərin araşdırma aparmaqla, vəziyyətin normallaşmasına xidmət edə biləcək, hazırda çox vacib əhəmiyyət daşıyan sülh prosesinə əhəmiyyətli töhfə verə biləcək daha qərəzsiz bəyanat gözləyirdik.

Ağdam-Xankəndi yolunun açıq olmasına və humanitar yardım məqsədilə bütün yüklərin daşınması üçün təklif edilməsinə baxmayaraq, Ermənistanın və onun havadarlarının təxribat xarakterli bəyanatları regionda vəziyyətin normallaşmasına və sülh prosesinə ciddi maneələr yaradır.

Biz Avropa Şurasının insan hüquqları üzrə komissarını dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət etməyə, regiondakı mövcud vəziyyəti dərindən öyrənməyə, siyasi manipulyasiyalara xidmət edən və sülh quruculuğu prosesinə xələl gətirən maneələrlə mübarizə aparmağa, beynəlxalq hüququn ümumtanınmış prinsiplərini dəstəkləməyə dəvət edirik”, - deyə ombudsmanın cavabında bildirilib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol