İtkin düşən alimlər tapıldı – Yenilənib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə iki vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə FHN məlumat yayb.
Məlumatla əlaqədar dərhal köməksiz vəziyyətdə qalan şəxslərlə rabitə əlaqəsi yaradılıb və koordinatları müəyyən edilərək aidiyyəti üzrə ötürülüb.
Hazırda vətəndaşlar Elnur Nəciyevin və Emil Cəbrayılovun aidiyyəti qurumlarla koordinasiyalı şəkildə təxliyə edilməsi istiqamətində işlər aparılır.
Daha öncə sözügedən şəxslərin İsmayıllı rayonu ərazisində itkin düşmələri barədə xəbər yayılmışdı.
22:20
Azərbaycanda iki gənc alim itkin düşüb.
"Qafqazinfo” xəbər verir ki, Elnur Nəciyev və Emil Cəbrayılov Quba-İsmayılı istiqamətində yoxa çıxıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























