• $
  • €
  • ₽
  • ₺
  • £

8 Mart = 90-60-90 - KÖŞƏ

8 Mart = 90-60-90 - KÖŞƏ
07.03.2014 13:25
Namik Man-taş8 Mart - Beynəlxalq Qadınlar Günü (International Women's Day) qadın gözəlliyi ilə təbiətin vəhdətinin, qadın incəliyinin, onun daxili dünyasının, həmçinin qadına qarşı diqqətin bayaramıdır.Bu bayramın tarixi kökləri bizləri tam fərqli məqamlara, fərqli ideyaların yaranmasına aparıb çıxarır. 8 martın beynəlxalq qadınlar günü kimi qeyd olunmasının tarixi inqilabçı Klara Setkinin adı ilə bağlıdır. 1910-cu il Kopenhagendə keçirilən beynəlxalq sosialist qadınlar konfransında  Klara Setkin bu günün beynəlxalq qadınlar günü kimi qeyd olunması təklifi ilə çıxış edib. Bu tarixin seçilməsi təsadüfi olmayıb. 1857-ci ilin bu günü Nyu-Yorkda tikiş və ayaqqabı fabrikinin qadın işçiləri nümayişə çıxıblar. Aşağı maaşa, uzun iş saatlarına etiraz olaraq tətil etmələri qadınların kişilərlə bərabərhüquqlu olmaq uğrunda apardığı mübarizənin başlanğıcı kimi qəbul edilib.Bu bayram  və onun təsəbbüskarı haqqında  xeyli maraqlı faktlar mövcuddur. Tarixə Leninin məşuqəsi kimi daxil olmuş Klara Setkin zamanında 8 mart  ümumiyyətlə, qadınların deyil, yalnız inqilabçı, solçu qadınların bayramı kimi tanınıb.Bu bayramın martın əvvəlində keçirilməsini başqa məqamla əlaqələndirənlər də var. "Tövrat"da, eləcə də yəhudi tarixində Ester adlı qadın qəhrəman obrazı var. Yəhudilərin milli və tarixi bayramı olan "Purim" məhz İran şahı Kserksin sevimli zövcəsi olan Esterin adı ilə bağlıdır. Əhəməni sarayında yüksək vəzifə və nüfuz sahibi olan Haman adlı fars hökmdar Kserksin yanına gələrək getdikcə nüfuzu və imkanları artan yəhudilər haqqında narahatlıq keçirdiyini dilə gətirir. Əhəməni imperatorunun reaksiyası isə sərt və qorxulu olur: bütün yəhudiləri qılıncdan keçirmək!Kserksin qorxunc qərarından xəbər tutan sevimli zövcəsi Ester (o, öz milli kimliyini hökmdardan gizlətmişdi) ərinin məhəbbətindən istifadə etmək qərarına gəlir. Nəticədə Haman və övladları dar ağacından asılır. 75 000 midiyalı və fars qətlə yetirilir. Bu qələbənin şərəfinə yəhudilər hər il fevral ayının sonu, mart ayının əvvəllərində "Purim" adlı milli bayramın keçirilməsini qərara alırlar. O vaxtdan başlayaraq, "Purim" bayramı bütün inqilabçı-qadınların bayramının tarixi əsasını təşkil etməklə, Ester isə öz müdrikliyi və qətiliyi ilə zərif cinsə örnək qadın olaraq təqdim edilməklə tanınıb.Maraqlıdır ki, bu günü rəsmi bayram kimi qeyd edən 32 ölkə arasında İsrail də var. Digər 31 ölkənin adını təqdim edirik: Azərbaycan, Əfqanıstan, Ermənistan, Belarus, Burkina Faso, Qvineya-Bisau, Gürcüstan, Zambiya, Kamboca, Qırğızıstan, Kiribati, Çin, Costa Rica, Kuba, Laos, Madaqaskar, Moldova, Monqolustan, Ermənistan, Nepal, Qazaxıstan, Rusiya, Serbiya, Tacikistan, Türkmənistan, Uqanda, Özbəkistan, Ukrayna, Xorvatiya, Çernoqoriya, Eritreya.Çində və Madaqaskarda  qeyri-rəsmi iş günü ancaq qadınlara aid edilir. Siyahıya diqqət etsək, burada ancaq İsrailin inkişaf etmiş ölkə hesab olunduğunu görərik. 8 Mart Braziliya, Çili, Pakistan, İtaliya, Portuqaliya, Polşa, Bolqarıstan, Rumıniya və Baltikyanı ölkələrdə  isə qeyri- rəsmi bayram kimi qeyd edilir.Bəs görəsən dünyanın ən xöşbəxt qadınları hansı ölkədə yaşayır? Araşdırmalara görə ən xoşbəxt qadınlar İslandiya, İsveçrə, Yaponiya, Danimarka, Braziliya və Norveçdə yaşayır. Və onu da vurğulayaq ki, bu ölkələrdə  8 Mart hec də bayram kimi qeyd edilmir. Bəlkə də həmin gün heç kəsin yadına düşmür ki, bu gün qadınların bayramıdır. Əksinə bayram kimi qeyd edilən ölkələrdən Əfqanıstan və Eriteriyada dünyanın ən bədbəxt qadınları yaşayırlar.Bəli, qadınları hansısa günlər, hansısa bayramlar yox, qadınları yaşadığı dövlətin qanunları, qaydaları və həm də biz kişilər xoşbəxt edə bilərik. Sonda bir xatırlatmanı da qeyd edim: istənilən halda "8" rəqəmi və mart ayı çox uğurlu seçimdir. Yazın gəlişi, təbiətin oyanışı, yaşillıq, gül-çiçək. Bunların hamısı "qadın" anlayışı ilə sinonimdir. Və məncə, numorologiyada qadını simvolizə edə biləcək tək rəqəm də "8"dir. Necə deyərlər: 90-60-90...ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Bu yolayrıcında işıqfor quraşdırılıb
Cəmiyyət 10:27
Bu yolayrıcında işıqfor quraşdırılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol