• $
  • €
  • ₽
  • ₺
  • £

AMEA-da yeni təyinat

AMEA-da yeni təyinat
07.03.2014 11:46
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fiziologiya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, iclasda institutun direktoru vəzifəsini tutmaq üçün Elmi Şuranın irəli sürdüyü namizədin təqdim olunması məsələsi müzakirə edilib. Elmi Şuranın sədr müavini, institutun elmi işlər üzrə direktor müavini Afiq Qazıyev AMEA-nın institut və təşkilatlarının direktorlarının təqdimatı və seçilməsi qaydaları ilə şura üzvlərini tanış edib. İclasda Elmi Şura adından direktor vəzifəsinə biologiya üzrə elmlər doktoru Ulduza Haşımovanın namizədliyini irəli sürülüb. Tədbirdə çıxış edənlər U.Haşımovanın institutun direktoru vəzifəsini tutmaq üçün seçkilərə namizədliyini dəstəkləyiblər. Elmi Şuranın üzvləri tərəfindən U.Haşımovanın Fiziologiya İnstitutunun direktoru vəzifəsinə AMEA Biologiya və Tibb Elmləri Bölməsinə təqdimatı yekdilliklə qəbul olunub və təsdiqlənib.

ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Cəmiyyət 10:59
Azərbaycanın bəzi rayonlarında intensiv yağış, Şahdağda qar yağıb - FAKTİKİ HAVA
Qazaxda iki nəfər bıçaqlanıb
Cəmiyyət 10:54
Qazaxda iki nəfər bıçaqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol