• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı metrosunun yeni rəhbəri müsahibə verdi

Bakı metrosunun yeni rəhbəri müsahibə verdi
28.05.2020 18:59
Martın 6-da “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov “Media forum” saytının suallarını cavablandırıb.“Bakı Metropoliteni” QSC fevralın 27-də prezident İlham Əliyevin sərəncamı əsasında, Bakı Metropoliteninin və “Azərtunelmetrotikinti” Səhmdar Cəmiyyətinin yenidən təşkili yolu ilə yaradılıb. Bakı Metropolitenin və “Azərtunelmetrotikinti”nin bütün hüquq və öhdəlikləri, habelə əmlakı “Bakı Metropoliteni” QSC-yə keçib.- Yeni sədr kimi metropolitenlə bağlı planlarınız nədən ibarətdir?- Hörmətli prezident İlham Əliyev məni “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edib. Cənab prezidentin digər sərəncamı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. İnşallah, sərəncamında qeyd olunanların hamısını yerinə yetirəcəyik.- Yeni qurumun strukturu necə olacaq?- Bu məsələlər sərəncamda qeyd olunub, təkliflərin hazırlanıb Nazirlər Kabinetinə təqdim olunması üçün müəyyən vaxt verilib. Biz də göstərilən müddətdə təkliflər hazırlayıb Nazirlər Kabinetinə təqdim edəcəyik.- Zaur müəllim, metro stansiyaları keçidlərində olan ticarət köşkləri yığışdırılacaqmı?- Metrodakı əsas məsələ bu deyil. Əsas məsələ metronun təhlükəsiz və dayanaqlı işləməsini təmin etməkdir. Digər məsələlərin hamısı həll olunacaq.- Metroda qatarların hərəkəti arasındakı intervalı azaltmaq mümkün olacaqmı?- İntervalın azaldılması üçün metroda kompleks şəkildə bir neçə məsələ həll olunmalıdır. Bununla bağlı böyük işlər görülməldir. Bu işləri planlaşdırırıq və inşallah, həyata keçirəcəyik. İntervalı da azaldacağıq.- Metroda gediş haqqına yenidən baxılması gözlənirmi?- Metroda gediş haqqını “Bakı Metropoliteni” tənzimləmir, qiymətləri biz müəyyənləşdirmirik. Qiymət siyasəti hökumət səviyyəsində həll olunan məsələdir. Qiymətləri istər indiki səviyyədə saxlamaq, istərsə də artırıb-azaltmaq bizim səlahiyyətimizə daxil deyil. Ona görə də bu barədə bir söz deyə bilmərəm. Nə zaman hansı qərara gəlinəcəksə, biz onu icra edəcəyik.ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol