• $
  • €
  • ₽
  • ₺
  • £

“Qızlara ağ yaraşır” Qran-pri mükafatı qazandı

“Qızlara ağ yaraşır” Qran-pri mükafatı qazandı
26.09.2023 16:19
Azercell və Azərbaycan Jüdo Federasiyasının sosial kampaniyası "Ad Black Sea” beynəlxalq festivalında qalib oldu.
 
 Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə tərəfdaşlığı ilə həyata keçirilən "Qızlara ağ yaraşır” kampaniyası "Ad Black Sea” festivalının Qran-pri mükafatına layiq görülüb. Layihə bu ilin Qran-prisi ilə yanaşı, həm də "Dayanıqlı PR kampaniyaları” kateqoriyasında qızıl, bir neçə digər nominasiyada isə gümüş və bürünc mükafatlar qazanıb.


 
"Qızlara ağ yaraşır” kampaniyasının yaradıcı tərəfdaşı "Endorphin” reklam agentliyi isə festivalın "ən yaxşı agentliyi” mükafatına layiq görülüb. 10 ölkədən 301 iştirakçının 13 kateqoriya üzrə yarışdığı festivalda "Qızlara ağ yaraşır” toplam 13 kateqoriyanın 6-sı üzrə laureat olub:


 
1. Festivalın 2023-cü il üçün Qran Pri mükafatı


2. "Dayanıqlı PR kampaniyası” nominasiyasında – qızıl mükafat


3. "Korporativ məqsədlər və sosial məsuliyyət” nominasiyasında – gümüş mükafat


4. "Dayanıqlı inşkişaf məqsədləri çərçivəsində əhali” nominasiyasında – gümüş mükafat


5. "İnteqrasiya olunmuş reklam kampaniyası” nominasiyasında – bürünc mükafat 


6. "Televiziya və Film” nominasiyasında – bürünc mükafat


"Azercell Telecom” MMC-in prezidenti Zərinə Zeynalova bildirib ki, "Qızlara ağ yaraşır” sosial kampaniyası sadəcə idmana aid proqram deyil:”Bu layihə "Azercell”-in Azərbaycanda qızların idmanda, təhsildə və həyatda uğur qazana bilmələri üçün daha da parlaq gələcəyin yaradılmasına sərmayədir. Çünki bizim qızlar gələcəyin liderləri və rol modelləridirlər. Azərbaycanın gələcəyinə hədəflənmiş layihənin beynəlxalq səviyyədə tanınması və Qran-priyə layiq görülməsi bizi sevindirir və yeni-yeni layihələrə ilhamlandırır.”, deyə Z. Zeynalova vurğulayıb. 


"Bu cür əhəmiyyətli bir yaradıcılıq festivalında artıq bir Azərbaycan qurumu, sponsor tərəfdaş və eləcə də reklam tərəfdaşı agentliyi ilk dəfə festivalın əsas Qran-pri mükafatına, "Dayanıqlı PR kampaniyaları” kateqoriyasında qızıl mükafata və çoxsaylı gümüş və bürünc mükafatlara layiq görülüb və sosial yönümlü problemlərin həllində dövlət-özəl tərəfdaşlığının bariz nümunəsini yaradıb. Bu bizi çox qürurlandırır, həmçinin gələcək nailiyyətlərə motivasiya edir.” – deyə Federasiyanın Baş katibi Rəşad Rəsullu bildirib.


 
"Azercell Telekom” MMC-in Azərbaycan Cüdo Federasiyasının tərəfdaşlığı ilə həyata keçirdiyi "Qızlara ağ yaraşır” sosial kampaniyası qızları inkişaf və idmana təşviq etmək məqsədi daşıyır. Kampaniya eyni zamanda erkən nikah mövzusuna da toxunur.


 
"Qızlara ağ yaraşır” çərçivəsində Azərbaycan Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi hədiyyə olunub. 


"Qızlara ağ yaraşır” yerli mediada da maraq doğuran və trendə düşmüş kampaniyalardan biridir:




https://www.youtube.com/watch?v=RVR9UPaeGT0




Layihə haqqında ətraflı məlumat əldə etmək, həmçinin qızları cüdoya yazdırmaq üçün:
 


https://qizlaraagyarasir.az/#


 
"Ad Black Sea” 2015-ci ildən Gürcüstanda keçirilən festivaldır. 14-16 sentyabr 2023-cü il tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən bu festivalda sənayenin aparıcı simaları kreativ ideyalar paylaşıb, reklam və marketinq trendlərini müzakirə ediblər. Builki festivalda Gürcüstan, Azərbaycan, Ukrayna, Ermənistan, Bolqarıstan, Macarıstan, Rumıniya, Qazaxıstan, Özbəkistan və Baltikyanı ölkələr olmaqla 10 ölkə iştirak edib. 301 iştirakçı 13 kateqoriya üzrə Almaniya, Peru, Sinqapur, Braziliya, Bolqarıstan, Polşa, Gürcüstan, Türkiyədən olan jüri üzvlərinin iştirak etdiyi səsvermə prosesində güclərini sınayıb.













www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol