• $
  • €
  • ₽
  • ₺
  • £

Lökbatanda qazdan 100 nəfər zəhərləndi: ölən var

Lökbatanda qazdan 100 nəfər zəhərləndi: ölən var
05.03.2014 22:39
Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində kütləvi zəhərlənmə baş verib.APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, hadisə qəsəbənin Vilayət Əsgərov küçəsində baş verib. Bu küçədəki 4 beşmərtəbəli yaşayış binasında qazdan kütləvi zəhərlənmə olub. Lökbatan qəsəbəsi üzrə 19 saylı Şəhər Birləşmiş Xəstəxanasının təcili yardım şöbəsindən APA-ya verilən məlumata görə, zəhərlənmə ilə bağlı müraciət edən 80 nəfər xəstəxanada qeydiyyata düşüb. Onların əksəriyyətinə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Sakinlərin bildirdiklərinə görə, hadisə baş verən əsnada qəsəbə sakini, 45 yaşlı Natalya Məmmədovanın halı pisləşib. Ailə üzvləri dərhal təcili tibbi yardım çağırsalar da, qadının həaytını xilas etmək mümkün olmayıb.  Ailə üzvləri onun evdə yatmış vəziyyətdə dünyasını dəyişdiyini bildiriblər.   Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Lökbatan qəsəbəsində yerləşən 15 saylı köməkçi Yardım Stansiyasından APA-ya faktı təsdiqləyiblər.  Stansiyadan bildirilib ki, N. Məmmədovanın qaz zəhərlənməsindən və ya başqa bir xəstəlikdən dünyasını dəyişdiyi ekspertizanın nəticələri bəlli olduqdan sonra müəyyənləşəcək. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol