• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı-Quba ödənişli yoldan istifadə qaydaları məlum olub

Bakı-Quba ödənişli yoldan istifadə qaydaları məlum olub
21.10.2023 10:00
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli yola iki cür hərəkət zolağı var. Onlardan biri sürətli keçiddir, digəri isə adi keçiddir.
 
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bu gün ödənişli avtomobil yolun açılışı ilə bağlı keçirilən tədbirdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

Anar Nəcəflinin sözlərinə görə, adi zolaqlarda sürücü məntəqə yaxınlaşaraq xüsusi çipli kartları əldə edir və yoldan istifadə etmək hüququ qazanır.

O bildirib ki, əldə edilən kartlara müəyyən balans yerləşdirilir: "Adi keçiddən istifadə edən sürücü ödənişli yola girdiyi və çıxdığı vaxta qədər qət etdiyi məsafəyə uyğun olaraq ödəniş həmin balansdan çıxılır. Sürətli keçiddə isə öncədən əldə edilmiş xüsusi çipli kartlar avtomobilin alın şüşəsinə yapışdırılır. Sürücü məntəqəyə yaxınlaşdıqda orada yerləşdirilən sistem avtomobili tanıyır və heç bir maneə olmadan sürücü gəldiyi sürətlə yoluna davam edə bilir”.

Qurum rəsmisi qeyd edib ki, bu yolun giriş-çıxış nöqtələri ilə yanaşı, iri yaşayış məntəqələrinə daxil olmaq və çıxmaq üçün də dörd məntəqə fəaliyyət göstərir: "Bunlar Giləzi, Siyəzən, Qəndob və Xaçmaz məntəqələridir. Giriş və çıxış hissələrində adi və sürətli keçidlər mövcuddur. Digər kiçik məntəqələrdə bu hibrid zolaqlardır, hər ikisindən istifadə etmək mümkündür”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol