Xəzər dənizinin səviyyəsi hazırda 28,79 m-ə çatıb

Hazırda Xəzər dənizinin səviyyəsi fəsilə uyğun olaraq 28,79 m-ə bərabərdir. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
O bildirib ki, 16 ildə dənizin səviyyəsi 1.67 m aşağı enib.
" 1977-ci ildə dənizin səviyyəsi 20-ci əsrdə müşahidə olunmuş ən aşağı həddə, Baltik sistemi ilə -29 metrə qədər azalmış və sonradan dənizdə suyun səviyyəsi qısa tarixi dövrdə 2,5 metr artaraq -26,5 metrə çatıb. 2015-2017-ci illərdə səviyyə qismən stabilləşsə də, yenidən enməyə başlayıb", Nazim Mahmudov Xəzər dənizinin səviyyə dəyişməsinin öyrənilməsi, eləcə də müvafiq adaptasiya tədbirlərinin işlənib hazırlanması məqsədilə yaradılmış ekspert qrupunun ilk iclası zamanı deyib.
Aytac Zeynalova
www.anews.az
Son xəbərlər 
Daha çox 























