• $
  • €
  • ₽
  • ₺
  • £

Bu gün teleradio işçilərinin peşə bayramı günüdür

Bu gün teleradio işçilərinin peşə bayramı günüdür
06.11.2023 10:09
Bu gün Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.

1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı” ifadəsi səslənib. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Azərbaycan Televiziyası yaranandan sonra isə bu tarix təkcə radionun deyil, teleradionun da yaranma günü kimi qeyd olunmağa başlayıb. 1956-cı il fevralın 14-də Bakı Televiziya Studiyası ilk dəfə efirə çıxıb. İlk veriliş günü ekranda mərhum sənətkarımız Nəcibə Məlikova görünüb və o, çıxışına "Göstərir Bakı” sözləri ilə başlayıb. Həmin gün televiziyada "Bəxtiyar” bədii filmi nümayiş etdirilib.

Azərbaycan müstəqillik əldə etdikdən sonra teleradio məkanında böyük dəyişikliklər baş verib. 2016-cı ildə isə daha bir yeniliklə - Bakı, Sumqayıt şəhərləri və Abşeron yarımadasında rəqəmli televiziya yayımına keçid baş verib.

Bu il oktyabrın 21-də Azərbaycan Beynəlxalq Radiosu Qarabağda fəaliyyətə başlayıb, radio noyabrın 1-dən 24 saatlıq yayım rejiminə keçib.

Bu gün ümumrespublika üzrə yerüstü yayımlanan 12 telekanal, 16 radio, 7 regional telekanal və 3 regional radio, Naxçıvanda isə 1 telekanal fəaliyyət göstərir. Ölkədə ümumilikdə 5 televiziya peyk vasitəsilə, 15 telekanal isə elektron platformada (YouTube) yayımlanır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol