• $
  • €
  • ₽
  • ₺
  • £

Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb
21.11.2023 09:48
Noyabrın 21-i saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağıb. Şimal–qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib. Bu barədə  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.


Bildirilib ki, düşən yağıntının miqdarı Balakəndə 30 mm, Şəkidə 29 mm, Zaqatalada 21 mm, Qəbələdə 14 mm, Quba, Qusarda 13 mm, İsmayıllı, Oğuzda 11 m, Qrız, Xaltan, Gədəbəydə 9 mm, Göygöldə 8 mm, Daşkəsən, Mingəçevir, Ordubad, Şamaxı, Gəncə, Şahdağ, Göyçay, Sabirabad, Biləsuvar, Qobustan, Şəmkir, Tovuz, Ceyrançöl, Beyləqan, Naftalan, Ağdam, Qax, Altıağac, Ağstafa, Tərtər, Bərdə, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Cəfərxan, Şirvan, Neftçala, Yardımlı, Lerik, Astara, Göytəpə, Kəlvəzdə 7 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 4 mm-dək olub.


Qar örtüyünün hündürlüyü Zaqatalada (Əlibəy) 17 sm, Qax (Sarıbaş), Quba(Qrız) 4 sm, Ordubad, Şahdağda 3 sm olub.


Sumqayıt, Şəmkir, Balakən, Qəbələ, Şəki, Qax, Şamaxı, Qobustan, Quba(Qrız), Daşkəsən, Xaltan, Göyçayda duman müşahidə olunub.


Şimal-qərb küləyi arabir Mingəçevirdə 25 m/s, Tovuz, Naftalanda 22 m/s, Şahdağ, Gəncədə 20 m/s, Bərdədə 18 m/s, Yardımlı, Şəmkir, Ceyrançöl, Sədərəkdə 16 m/s, Bakıda və Abşeron yarımadasında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.6 metrə çatıb.


Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti noyabrın 22-si səhərədək davam edəcək.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol