• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda silahlı basqın zamanı yaralanan Türkiyə vətəndaşı ölüb

Sumqayıtda silahlı basqın zamanı yaralanan Türkiyə vətəndaşı ölüb
28.11.2023 17:15
Sumqayıtda bir ay əvvəl silahlı insident zamanı yaralanan Türkiyə vətəndaşı ölüb. Bu barədə APA xəbər verib.

Mələmata görə noyabrın 27-i axşam saatlarında Türkiyədəki xəstəxnalardan birinə köçürülən Sərkan Karakaş orada ölüb.
 
Oktyabrın 28-də Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birində odlu silahdan açılan atəş nəticəsində 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Keçirilən tədbirlər nəticəsində əvvəllər məhkum edilmiş 1987-ci il təvəllüdlü Müşfiq Tağıyevin qonşusu Anar Fərəcovdan qisas almaq məqsədilə sonuncunun ailəsinin yaşadığı həyətə gələrək evin divarlarına benzin töküb yandırması və özünün hazırladığı partlayıcı qurğunu partlatdıqdan sonra odlu silahdan atəş açaraq evdən çıxan Dağbəyi Fərəcov və Susana Karakaşı qəsdən öldürməsi, Tərlan Fərəcova və Serkan Karakaşı, eləcə də onlara köməyə gələn qonşuları Etibar Sarıyev və Mehman Sarıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayətin törədilməsində istifadə edilən "İJ-18” markalı tüfəng, patronlar, barıt, benzin və digər əşyalar saxlandıqları yerlərdən aşkar edilərək götürülüb.
İstintaq-əməliyyat tədbirləri nəticəsində şübhəli şəxs qismində saxlanılan Müşfiq Tağıyev Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla iki şəxsi öldürmə) 29, 120.2.3, 29, 120.2.4, 29, 120.2.7 (xüsusi amansızlıqla və ümumi təhlükəli üsulla ictimai borcunu yerinə yetirən iki şəxsi öldürməyə cəhd), 29, 186.2.1, 29, 186.2.2 (külli miqdarda ziyan vurmaqla yandırmaqla və partlatmaqla əmlakı qəsdən məhv etməyə cəhd) və 229.1-ci (qanunsuz olaraq partlayıcı qurğuları hazırlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda iki gündə 66 cinayət açılıb - DİN
Cəmiyyət 10:19
Azərbaycanda iki gündə 66 cinayət açılıb - DİN
Azərbaycanda boşanan gənc qadınların sayı kişilərdən 2,3 dəfə çox olub
Cəmiyyət 09:48
Azərbaycanda boşanan gənc qadınların sayı kişilərdən 2,3 dəfə çox olub
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki hərbçi həbs olunub
Cəmiyyət 09:37
Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki hərbçi həbs olunub
Ötən həftə 149 yanğına çıxış olub, 31 nəfər xilas edilib
Cəmiyyət 09:17
Ötən həftə 149 yanğına çıxış olub, 31 nəfər xilas edilib
Avro və rubl bahalaşıb - məzənnə
Cəmiyyət 09:14
Avro və rubl bahalaşıb - məzənnə
Bakının bu ərazilərində üç gün su olmayacaq
Cəmiyyət 22:41
Bakının bu ərazilərində üç gün su olmayacaq
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Cəmiyyət 20:56
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
Cəmiyyət 19:30
Sumqayıtda tikilidə təmir işləri aparan şəxs xəsarət alıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:37
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol