• $
  • €
  • ₽
  • ₺
  • £

Məktəbli könüllü proqramına start verilir

Məktəbli könüllü proqramına start verilir
01.12.2023 21:55
Elm və Təhsil Nazirliyinin dəstəyi ilə dekabrın 1-dən məktəblilərin sistemli şəkildə könüllü fəaliyyətə cəlb olunmaları məqsədilə "Məktəbli könüllü” proqramına start verilir.

Proqramın təşkilində məqsəd şagirdlər arasında sosial inkişafın təmin olunması, komanda işinin formalaşdırılması, əməkdaşlıq, liderlik, analitik düşüncə kimi keyfiyyətlərin gücləndirilməsi, həmçinin məktəbdaxili nizam-intizam qaydalarına riayət edən, akademik göstəriciləri yüksək olan, aktiv sosial fəaliyyət və vətənpərvərlik keyfiyyətləri ilə örnək təşkil edən gənc nəslin formalaşdırılmasıdır.
 
Deputat Anar İsgəndərovun fikrincə, məktəblilər üçün könüllülük proqramı təşkil edilməsi təqdirəlayiq addımdır.

 "Bu, şagirdlərin əmək qabiliyyətlərini formalaşdırmaq üçün, onlara daha məsuliyyətli, nizam-intizamlı olmağı öyrətmək üçün təqdirəlaiq, olduqca önəmli bir addımdır.  Programın təklif etdiyi işlərin hər biri şagirdlərdə müxtəlif faydalı vərdişlər formalaşdıracaq ki, bu da onların gələcək həyatına müsbət təsir edən haldır. Bir var hardasa iki şagird dava eləsin, bir də var birləşib bir ağac əksinlər. Aradakı fərq böyükdür." - deyə o bildirib. 

Onun sözlərinə görə dünyanın bir çox ölkəsində şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün təşkil edilən müxtəlif proqramlar var.
 
"Dünyanın bir çox məktəblərində üçüncü, dördüncü sinif şagirdləri fərqli situasiyalarda necə davranmaq lazım olduğunu bilirlər. Düşünürəm ki, insana bir çox bacarıq və vərdişlər məktəblərdən öyrədilməyə başlanmalıdır. Bu tip könüllülük proqramları da şagirdlərin hər mənada özlərini inkişaf etdirmələrinə xidmət edir”, - İsgəndərov qeyd edir.
 
Təhsil eksperti Elmin Nurinin fikrincə məktəblərimizdə şagirdlərin sosiallaşma prosesi zəif gedir.

"Məktəb təkcə elm və təhsil verən qurum deyil, həm də sosiallğı öyrədən insanı sosiallaşdıran bir yerdir. Dünyanın çağdaş təhsil standartlarında təhsilin sosiallaşması çox vacib bir pradiqma kimi önə çəkilir. Bu gün bizim məktəblərdə sosiallaşma çatışmır. Şagirdlər yalnız dərslərini oxumaqla məşğuldur. İnkişaf birtərəfli gedir. Bu belə olmamalıdır. Məktəb cəmiyyyətə hazır kadr şəxsiyyət təqdim etməlidir. Məktəbin işi sadəcə şagirdi tərbiyə etmək deyil”, - deyə o bildirib.

Onun sözlərinə görə məktəbin öz nüfuzunu geri qaytarmaq üçün bu tip layihələrə ehtiyacı var.
 
Bizdə məktəb yalnız 11-ci sinifdən sonra universitetə imtahan vermək üçün bir mərhələ hesab edilir. Son illər məktəb öz nüfuzunu itirib və geri qaytarmaq üçün bu tip layihələrə ehtiyacı var, amma baxır ki bu necə icra olunacaq və bu icra uşaqlara necə dəstək olacaq. Buna xüsusi diqqət yetirmək lazımdır. Sadalanan kriteriyalar sayəsində şagirdlər komanda daxili işi öyrənəcəklər, iş həyatında ünsiyyət amilinin rolunu öyrənəcəklər. Bunlar gözəldir.  Amma onlara başqa bir həvəsləndirici və güzəştedici meyyarlar da lazımdır. Bax həmin o meyyarlar mütləq tətbiq olunmalıdır. Əgər bu meyyarlar tətbiq olunmasa bu simvolik məbləğli təqaüd də ola bilər. Şagirdlərin asudə vaxtlarının təşkili üçün əlavə güzəştlər paketi də ola bilər”, - deyə Nuri qeyd edir.
 
Məktəbli könüllü” proqramına qoşulmaq istəyən şagirdlər 31 dekabradək qeydiyyatdan keçməlidirlər. Proqramın tərəfdaşı olmaq istəyən məktəblər isə [email protected] elektron poçt ünvanı vasitəsilə müraciət edə bilərlər.
 
Çiçək Sadatova
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol