• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanıldı

Bakıda ödəmə terminallarından oğurluq edən şəxs saxlanıldı
01.12.2023 22:24
Xəzər rayonu Binə qəsəbəsində yerləşən marketlərdən birində quraşdırılan ödəmə terminalından 7 753 manat oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən Binə qəsəbəsi sakini, əvvəllər məhkum olunmuş 1992-ci il təvəllüdlü İlham Rəhmanov saxlanılıb.
Araşdırma zamanı bu şəxsin paytaxtın Suraxanı rayonunda da iki mağazada quraşdırılan ödəmə terminallarından oğurluq etdiyi məlum olub. Saxlanılan zaman həmin şəxsdən oğurladığı maddi vəsaitin bir qismi aşkar olunaraq götürülüb.

İ.Rəhmanov oğurluq yolla əldə etdiyi pulun bir hissəsini şəxsi ehtiyaclarına xərcləyib.

Faktlarla bağlı 3-cü Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, İ.Rəhmanovun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol