• $
  • €
  • ₽
  • ₺
  • £

“Qarabağ: 30 ildən sonra evə dönüş adlı konfrans keçirilib

“Qarabağ: 30 ildən sonra evə dönüş adlı konfrans keçirilib
07.12.2023 15:21
Dekabrın 6-da ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak ilə "Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumu keçirilib. 

30 ölkəni təmsil edən 60 xarici ekspertin qatıldığı forum çərçivəsində ADA Universiteti, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) birgə təşkilatçılığı ilə " Qarabağın dirçəlişində gənclərin rolu” mövzusunda Gənclər konfransı da baş tutub.

Konfransda ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və ASAP-ın İcraçı direktoru Sevda Mansurova açılış nitqi ilə çıxış ediblər. 

Bildirilib ki, 30 ilə yaxın düşmən işğalında olan tarixi torpaqlarımızda xalqımız üçün müqəddəs olan bir çox tarixi və mədəniyyət abidələri dağıdılıb və ya ciddi şəkildə zədələnib. Bu səbəblə  abidələrin tezliklə bərpası məsələsi Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən dərhal gündəmə gətirildi. Qarabağda işğalçılar tərəfindən dağıdılmış tarixi abidələrin bərpası işğaldan azad edilmiş regionların yenidən qurulmasında prioritet istiqamətlərdəndir.
Daha sonra Forumda iştirak edən Türkiyə, İtaliya, Böyük Britaniya, Belçika, Gürcüstan, Xorvatiya, İsveçrə və başqa ölkələrdən olan ekspertlər tərəfindən gənclərin sualları cavablandırılıb.

Ekspertlər  tərəfindən  gənclərlə  Qarabağda aparılan yenidənqurma işləri ilə yanaşı, mədəni irsin və tarixi abidələrin bərpası yönündə görülən işlər, Qarabağ İqtisadi rayonu üzrə növbəti illər üzrə hədəflər, Böyük Qayıdış nəticəsində Qarabağa qayıdan yerli əhali üçün məşğulluq sahəsində görülən tədbirlər barədə müzakirələr aparılıb.



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol